Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru, dosent, UNESCO-nun Fransada fəaliyyət göstərən Gənclər platformasının
Azərbaycan təmsilçisi Vəfa Abdullayeva-Nabiyeva 16-20 oktyabr BMT-nin Roma
İqamətgahı FAO-da keçirilmiş “World Food Forum”-da akademik heyətin üzvü
kimi Azərbaycan Respublikasını və AMEA-nı təmsil etmişdir. Bu hibrid forum
elm, təhsil, innovasiya, iqlim dəyişikliyi, qida təhlükəsizliyi, Gənclərin fəaliyyəti,
SDG, COP layihələri üzrə qlobal əməkdaşlıq məsələləri, problemlər və onların həll
yollarına həsr olunmuşdu. Tədbirdə İtaliya, İrlandiya, BƏƏ, İraq, CAR ölkələrinin
prezidentləri, Lesoto kralı, İordaniyanın şahzadəsi, Tanzaniyanın baş naziri
olmaqla bütün ölkə rəsmiləri, eləcə də səfirlər iştirak edirdi. Vəfa Abdullayeva-
Nabiyeva "Elm və Təhsil" panelində “Youth Assemly” plenar iclaslarında
gənclərin qlobal layihələrdə iştirakı və gənclər platformasında əməkdaşlığı barədə
çıxış etmiş, SDG və COP layihələri üzrə fəaliyyət istiqamətlərini müzakirə
etmişdir.
Xüsusilə vurğulamaq istərdik ki, həm FAO-da, həm də online platformalarda yayımlanan bu forum 5 gün
ərzində 1 milyard izlənmə ilə son illərin ən böyük auditoriyasina malik tədbir olaraq da yadda qaldı.
Şrifti böyüt:
Çap et