AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir
Məmmədli Türkiyə ədəbiyyatı Beynəlxalq Türk dili və Ədəbiyyatı Qurultayında
iştirak edib
25 oktyabrda İstanbulda Erginkan Vəqfi Türkiyə Cümhuriyyətinin 100-cü
ilində Türkiyə ədəbiyyatı Beynəlxalq Türk dili və Ədəbiyyatı Qurultayı keçirilib.
Qurultyada Macarıstan, Azərbaycan, Özbəkistan, Albaniya, Qazaxıstandan
alimlər iştirak edib.
Qurultay çərçivəsində Cümhuriyyət dövrü karikaturalarında
ədəbiyyatıçılarımız və ədəbiyyatımız sərgisi təşkil olunub. 300-dən çox orijinal
karukatura təqdim olunub. Qurultay və sərgi 3 gün davam edəcək.
Qurultyada Professor Nadir Məmmədli “Atatürkün konsepsiyasının ideoloqu-
İsmayıl Hikmət” mövzusunda məruzə ilə çıxış edib. Nadir Məmmədli bildirib ki, XX
əsrin 20-ci illərinin sonlarınadək türk ziyalılarının, müəllim və alimlərinin gördüyü
fədakar işlər, xüsusilə İ.Hikmətin dörd cildlik “Türk ədəbiyyatı tarixi” (1925-1926),
iki cildlik “Azərbaycan ədəbiyyatı tarixi” (1928) kitabları, türk ədəbiyyatı tarixinə və
nəzəri məsələlərinə dair tədqiqatlarının Azərbaycanda geniş yayılması bütövlükdə
ədəbi mühitdə türkçülük konsepsiyasının ədəbi-mədəni inkişafı haqqında elmi
təsəvvür yaratdı. Milli ədəbiyyatları ümumtürk kökündən ayırmağın
mümkünsüzlüyunu sübut etdi, türk mənşəli xalqların ədəbiyyatını qarşılıqlı əlaqədə araşdırmaqla yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində müstəsna rol
oynadı, onlara son dərəcə ciddi təsir göstərə bildi.
Bundan başqa, akademik Möhsün Nağısoylu “Cumhuriyet Dönemi Türk Edebiyatının
Azerbaycanda İki Ünlü Araştırmacısı: Tevfik Melikli ve Asker Resulov”, Bakı
Slavyan Universiteti Türkologiya kafedrasının müdiri dosent Gülnarə Əliyeva
“Cumhuriyet Dönemi Azerbaycan Muhacir Yazarlarının Türk Basınında Yeri: Ahmet
Ağaoğlu”, professor Bədirxan Əhmədli “Türkiye Cumhuriyetinin İlk Döneminde
Azerbaycan Muhaceret Edebiyatı - Gültekin”, AMEA Ədəbiyyat İnstitutunun
əməkdaşı dosent Cavidə Məmmədova “Azerbaycan Edebiyatında Atatürkün İmajı ve
İlkelerinin Edebi Yansıması” və Nizami Vəliyev “Sovyetler Döneminde Türkiye
Azerbaycan Edebiyat İlişkileri (1960-1980)” mövzularında məruzə ilə çıxış ediblər.
Şrifti böyüt:
Çap et