A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə Elm və Təhsil Nazirliyinin
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) təşkilatçılığı ilə “Orta
ümumtəhsil məktəblərində elm və təhsilin inteqrasiyası, şagirdlərin ölkədaxili
və beynəlxalq layihələrdə iştirakı” mövzusunda tədbir keçirilib.
Tədbiri 20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva açaraq
iştirakçıları salamlayıb və şagirdlərin elmi istiqamətdə inkişaf etməsində bu kimi
tədbirlərin rolunu yüksək qiymətləndirib. O bildirib ki, elm və təhsilin inteqrasiyası
birbaşa müasir zamanın tələbidir. Dəyişən dünyanın yeni çağırışlarına uyğun
olaraq inkişafı şərtləndirən başlıca amil məhz birgə koordinasiyalı fəaliyyətin
qurulmasıdır. Buna misal olaraq, AMEA GAMŞ ilə 20 nömrəli məktəb lisey
arasındakı əməkdaşlıq çərçivəsində xüsusi hazırlıq keçmiş şagirdlərin müxtəlif
layihə və yarışlarda əldə etdiyi nailiyyətləri qeyd edən E.Ağayeva, fundamental
elmin bütün sahələri üzrə anoloji əməkdaşlıqların qurulmasının elmi tərəqqiyə
rəvac verəcəyini bildirib.
Tədbirdə “Dünya dillərində müşahidə olunan proseslər” mövzusu ilə
çıxış edn Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri fil.ü.f.d,
dos. Günel Orucova Qazaxıstan, Özbəkistan kimi ölkələrdə hazırlanan yeni əlifba
layihələrindən, Avropada mühacir amilinin Avropa dillərinə təsiri, ingilis dilinin
hakim dil olmasına rəğmən qapılarını bu dilə qismən bağlayan ölkələrdən
danışmış, Azərbaycan dilində müşahidə olunan dəyişiklikləri isə şagirdlərlə frontal
sorğu metodu ilə müzakirə etmiş və qarşılıqlı dialoqlar qurmuşdur. Sonda Günel
Orucova həm də şagirdlərin suallarına cavab vermişdir.
Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışların yekununda
“Gələcəyin alimi” layihəsi üçün maraq dairələrinə uyğun olunaraq məktəblilərdən
ibarət bir neçə qrup formalaşdırılıb.
Şrifti böyüt:
Çap et