Şəlalə Ana Hümmətli Ankarada Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Şəlalə Ana Hümmətli 11-14 oktyabr 2023-cü il tarixində Türkiyə Respublikasının Ankara şəhərində Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş 21. Uluslararası Türk Dünyası Sosyal Bilimlər Kongresində iştirak edib. Türk Dünyası Araşdırmalar Vəqfi (TDAV) və Ankara Qazi Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda onun “Türk dünyamızın mümtaz şəxsiyyəti – Salman Mümtaz” adlı məruzəsi maraqla qarşılanıb. Şəlalə Ana Hümmətlinin Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Türk dünyasının dəyərləri (Dilimiz, Sözümüz, Səsimiz)” adlı yeni kitabı və Dilçilik İnstitutunda nəşr olunmuş bir çox dəyərli kitablar Qazi Universitetinin kitabxanasına hədiyyə edilib.