9 fevralda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi seminarın iclası keçirilib. Seminarda Azərbaycan dilinin orfoepiya normaları müzakirə olunub.
İclası giriş sözü ilə açan müəssisənin baş direktoru professor Nadir Məmmədli orfoepiya normalarında öz əksini tapan bəzi mübahisəli maddələri diqqətə çatdırıb. Bildirib ki, şifahi ədəbi dilimizin normalarına riayət etmək və bu sahədə qaydalar yaratmaq uzun illərdir vacib məsələlərdən biri idi. 18 iyun 2021-ci ildə “Azərbaycan dilinin orfoepiya normaları”nın Nazirlər Kabinetinin Qərarına əsasən təsdiq edilməsi böyük əhəmiyyət kəsb edir.
Orfoepiya normaları ədəbi dilin strukturu ilə bağlıdır. Bu norma ədəbi dilimizə daxil olan bütün sözlərin nitqdə düzgün tələffüzünü təmin edir.
İclasda çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva məruzə ilə çıxış edib.
Şrifti böyüt:
Çap et