Oktyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına
Dilçilik İnstitutunda doktorantura məsələlərinə həsr edilmiş iclas keçirilib.
İclasda elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli yeni
doktorantların yüksək ixtisaslı kadr kimi formalaşmaları və elm sahəsində uğur
qazanmaları baxımından tədqiqat mövzularının öz elmi maraq dairələrinə
uyğun olaraq müəyyənləşdirilməsinin vacib olduğunu söyləyib.
Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim
Heydərov 2023-cü tədris ili üçün Azərbaycan dili, dil nəzəriyyəsi, german
dilləri və tətbiqi dilçilik ixtisaslarından elmlər doktoru və fəlsəfə doktorluğu
hazırlığı üzrə doktorantura və dissertantlar haqqında məlumat verib.
İclasda fəlsəfə doktorluğu hazırlığı üzrə 12 nəfər doktorant, 6 nəfər
dissertant, elmlər doktoluğu üzrə 7 nəfər doktorant, 1 nəfər dissertanta
müvafiq tövsiyələr verilib.
Dissertasiya mövzularının və hər bir mövzu üzrə elmi rəhbərlərin təyin
olunmasına dair geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, müvafiq
qərarlar qəbul olunub.
Şrifti böyüt:
Çap et