AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 27 Sentyabr - Anım Günü
ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Vətən müharibəsi
şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə institutun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent
Baba Məhərrəmli bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli
Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş,
ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə,
bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si
Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Baba Məhərrəmli bildirib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər
qürur yerimizdir.
Tədbirdə çıxış edən professor İsmayıl Məmmədli, İsmayıl Kazımov, Sevil
Mehdiyeva, dosentlər Elçin İsmayılov, Təranə Şükürlü, Qətibə Quliyeva Zəfər
tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində əsgər
və zabitlərimizin şücaət və fədakarlıqlarından söhbət açıb, şəhidlərin əziz
xatirəsini ehtiramla anıblar.
Vurğulanıb ki, müzəffər ordumuzun bu gün yazdığı tarix sabahımız üçün
möhkəm bünövrədir.
Şrifti böyüt:
Çap et