Şrifti böyüt:
Çap et
AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Eksperimental Fonetik Araşdırmalar laboratoriyasının müdiri fil.ü.f.d., dosent Nəzakət Qaziyeva Azərbaycan Texnologiya Universiteti (ATU) və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə keçirilən Mühəndislik elmləri üzrə II Beynəlxalq Konfransda iştirak etmişdir. 10 ölkədən 121 elmi məruzənin təqdim olunduğu konfransda N.Qaziyeva “CV koartikulyasiya sahəsində akustik kəmiyyət dəyişmələri biometrik göstərici kimi” mövzusunda məruzə ilə çıxış etmişdir.