Dilçilik İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

Şrifti böyüt:
Çap et

Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

İmtahan prosesi Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq təşkil edilib. Müvafiq ixtisaslar üzrə komissiya üzvləri imtahan prosesini izləyib. Komissiyanın sədri, elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli gənclərə uğurlar diləyib.

Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov 2023-cü tədris ili üçün Azərbaycan dili, dil nəzəriyyəsi, german dilləri və tətbiqi dilçili ixtisaslarından elmlər doktoru və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya sənədləri qəbul edilmiş şəxslər barədə məlumat verib.

Xarici dil və fəlsəfə imtahanlarından uğurla keçən iddiaçılar Azərbaycan dili və dil nəzəriyyəsi ixtisasları üzrə təqdim olunan imtahan biletlərini verilən vaxt ərzində cavablandırıblar.

13 nəfər iddiaçı fəlsəfə doktoru hazırlığı üzrə doktorant, 7 nəfər dissertantura, elmlər doktoru üzrə 7 nəfər elmlər doktorluğu üzrə doktorant, bir nəfər isə dissertantura üzrə imtahanda iştirak ediblər.

İddiaçiların imtahan nəticələri komissiya üzvləri tərəfindən “yaxşı” və “əla” qiymətləndirilib.