Günel Orucova “Əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə” ilin peşəkar gənci fəxri adı ilə təltif edilmişdir.

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Orucova “Əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə” Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən ilin peşəkar gənci fəxri adı ilə təltif edilmişdir. Təltifçiyə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Söhrab Möhbalıyev tərəfindən fəxri diplom, vəsiqə və döş nişanı təqdim olunmuşdur. Qeyd edək ki, əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə elm, təhsil, mədəniyyət sahəsinin müxtəlif nümayəndələri, o cümlədən II Qarabağ müharibəsi və qaziləri də daxil olmaqla 64 nəfər fəxri adla təltif olunmuşdur.