AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir
Məmmədlinin “Heydər Əliyevin dilçilik görüşləri” adlı kitabı çap olunub.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitabtın redaktoru professor Rüfət
Rüstəmov, rəyçi professor Tofiq Hacıyevdir.
Heydər Əliyevin 100 illiyinə töhfə olan kitabda azərbaycançılıq
ideologiyası, məfkurəsinin banisi, dahi dövlət xadimi Heydər Əliyevin Azərbaycan
dili və dilçiliyinin inkişafında tarixi xidmətləri, bütün sahələrdə mövcud olan
problemləri dil siyasətinin priotret istiqamətləri, vətən anlayışının konsept
səviyyəsində ,dilçiliyin yeni istiqaməti olan koqnitiv dilçilik baxımından elmi
cəhətdən araşdırılır, qarşısında duran əsas məsələlər təhlil süzgəcindən keçirilir.
Xalqımızın milli varlığını yaşadan Azərbaycan dilinin dövlət dili kimi
inkişafında ümummillli lider Heydər Əliyevin misilsiz xidmətləri vardır.
“Heydər Əliyev və Azərbaycan dilinin funksional inkişafı” adlı birinci
fəsildə müstəqillik illərində Azərbaycan dilinə Heydər Əliyevin qayğısı, dil
siyasəti və ortaq türk əlifbası barədə danışılır.
“Heydər Əliyevin Vətən konsepti” adlı ikinci fəsildə dünyanın dil
mənzərəsində Vətən konsepti, Vətən ictimai-siyasi xadimin gözü ilə, qloballaşan
dünyada Vətən konsepti-Azərbaycançılıq nümunəsi təhlil olunub.
Şrifti böyüt:
Çap et