Şrifti böyüt:
Çap et
Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Aynur Saydova 26 iyun - 1 iyul tarixlərində Gənclər və İdman Nazirliyi və AMEA Gənc Alim və mütəxəssislər Şurası tərəfindən Şəki şəhərində təşkil olunan "Gənc alimlərin innovativ ideya" düşərgəsində iştirak etmişdir. Düşərgədə müxtəlif mövzularda praktiki təlimlər, maarifləndirici seminarlar keçirilmiş, diskussiyalar aparılmış, idman yarışları, intellektual oyunlar, əyləncəli proqramlar təşkil olunmuşdur. Komanda şəklində müxtəlif tapşırıqlar verilərək həm qısa müddətdə gənclərin tanış olmalarına şərait yaradılmış, həm də komandada işləmək vərdişləri formalaşdırılmışdır. Sonda qaliblər müxtəlif nominasiyalar üzrə mükafatlandırılmışdır.