16 iyunda Özbəkistanın Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun
rəhbər heyəti və bir qrup əməkdaşı AMEA Nəsimi adına Dilçilik İnstitutunda
olublar.
Görüşdə institutun rektoru professor Dilnoza Xocayeva, tədris hissəsinin
prorektoru Nərgiza Babayeva, Təhsilin keyfiyyətinə nəzarət şöbəsinin müdiri
Oybek Bozorov, Birgə təhsil proqramlarının koordinasiya şöbəsinin müdiri
Şahnoza Qarşiyeva, Pedaqoji fakültənin dekanı Nigora Erkaboyeva, İbtidai təhsil
fakültəsinin dekanı Dilnoza Camoliddinova, Rus dili və ədəbiyyatı kafedrasının
müdiri Nigora Kodirova, Planlaşdırma və maliyyə şöbəsinin müdiri Nodir
Xolikovd iştirak ediblər.
Tədbiri Dilçilik İnstitunun baş direktoru professor Nadir Məmmədli açaraq
bildirib ki, son illər institutda Azərbaycan-Özbək dillərinin müqayisəli tədqiqinə
dair araşdırmalar aparılır, kitablar çap edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri,
orada imzalanan sənədlər, təşkil olunan yüksək səviyyəli qarşılanma mərasimləri
Azərbaycan və Özbəkistan əlaqələrini tamamilə yeni tarixi mərhələ səviyyəsinə
qaldırdı. Bu istiqamətlərin içərisində elm də özünəməxsus yer tutur.
İclasda professor Nadir Məmmədli Kokand Dövlət Pedaqoji İnstitutunun fəxri
professoru adına layiq görülüb.
Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru professor Dilnoza Xocayeva
çıxışında Özbəkistan-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin tarixindən,
perspektivlərindən söz açaraq dilçilik üzrə hər iki ölkə arasında əməkdaşlığın elmi
əhəmiyyətinindən bəhs edib.
Sonra Dilçilik İnstitutu ilə Kokand Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlıq
haqqında memorandum imzalanıb. Nadir Məmmədli bundan sonrakı əməkdaşlığın
daha intensiv olacağını vurğulayıb.
Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru professor Dilnoza Xocayeva
Azərbaycan Dilçilik İnstitutunun fəxri professoru seçilib.
Qonaqlar görülən işlərin davamlı olacağını bildiriblər .
Şrifti böyüt:
Çap et