9 iyunda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik
İnstitutunda elmi seminar keçirilib.
Seminarda Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının
müəllimi filologiya üzrə fəlsəfə doktoru, dosent Fikrət Əlizadə “Türk dillərinin
dünya dillərinə təsiri” mövzusunda məruzə ilə çıxış edib.
Fikrət Əlizadə bildirib ki, türk dili əhatəsində olan xalqlar əsrələr boyu bu dilin
sözlərini əxz etmişlər. Türk dili bütün dünyada danışan ən qədim dillərdən
biridir. Hələ 5-6 min əvvəl akkad mətnlərində türk sözlərinə rast gəlinir.
Beynəlxalq dil hesab edilən ingilis dilində 400-ə qədər türkizm vardır. Həmin
sözlər müxtəlif sahələrlə bağlıdır: taiga-tayqa, kiosk-köşk, khan-xan.
Türkizmlər bütün qitələrdə istifadə olunur. Mayya, Siu, Keçua kimi tayfaların
türkmənşəli olması ilə bağlı fikirlər var. Türklərin tarixi zəfərləri nəticəsində
həm Asiya, həm də Avropa dillərinə külli miqdarda sözlər keçmişdir.
Seminarda elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli
mövzunun aktuallığından danışıb.Vurğulayıb ki, türklər dünyada hər zaman
mövcud olmuş , hazırda da böyük ərazilərə sahib olan yeganə, zəngin tarixi
olan xalqdır.
Elmi seminarda filologiya elmləri doktoru, professorlar Sayalı Sadıqova,
Qəzənfər Kazımov, İsmayıl Kazımov seminarın mövzusu ilə bağlı fikirlərini
bildiriblər.
Şrifti böyüt:
Çap et