AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Özbəkistan alimləri ilə görüş olub.
Görüşdə Özbəkistan Termez Dövlət Universitetinin Özbək filologiyası
fakültəsinin müəllim və alim heyətləri iştirak ediblər.
Professor Nasirov Azmiddin Normomativiç, dosent Yuldaşov Narmat, dosent
Maxsuda Raxmatovna, filologiya üzrə fəlsəfə doktoru Gözəl Hummatova,
müəllim Xaitova Yulduz, Batir Haydoroviç, dosent Azmutaet Ofbotayev,
Xurriya Xudoymuradova Dilçilik İnstitutunda olmaqlarından məmnunluğunu
ifadə ediblər. Nasirov Azmiddin Normomativiç özbəklərin hər zaman
Azərbaycan dilinə, ədəbiyyatına,mədəniyyətinə böyük maraq göstərdiyini
vurğulayıb.
Görüşdə Termez Dövlət Universiteti ilə əlaqələrin genişləndirilməsi və birgə
layihələrin həyata keçirilməsi sahəsində məsələlər müzakirə olunub.
Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli
Azərbaycan–özbək dilinə dair tədqiqatlardan danışıb. Professor bildirib ki,
institutunda özbək dili ilə bağlı dissertasiya, kitablar yazılıb, danışıq kitabçası
və lüğətlər çapa hazırlanıb.
Şrifti böyüt:
Çap et