Tədbir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun
Gənc Alim və Mütəxəssislər Şurasının sədri fil.ü.f.d., dos. Günel Orucova 16-19
may 2023-cü il tarixlərində Mingəçevir şəhərində keçirilən “Azərbaycan və
Rusiyanın III Gənclər təşəbbüsləri forumu”nda iştirak etmişdir. Gələcəkdə
mümkün əməkdaşlıqlar üzərində qurulan forumda bir neçə gün ərzində aparılan
müzakirələr nəticəsində prioritet mövzular və sahələr müəyyənləşdirilmiş və bu
sahələr əsasında elmi mübadilə edə biləcək qurumlar, əsas elmi istiqamətlər təyin
olunmuş, tələb olunan büdcə və sponsor qurumlar barədə təkliflər irəli
sürülmüşdür. AMEA-nın, o cümlədən bir çox digər qurumların gənc əməkdaşları
ilə birgə Günel Orucova da müzakirələrdə iştirak etmiş, sonda müzakirələr yekun
sənəd şəklində hazırlanmış və hər iki ölkənin nümayəndəliklərinə göndərilmişdir.
Bənzər forumların həm Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində,
həm də gənclərin elmi-ictimai fəaliyyətinin inkişafında önəmli rola malik olduğunu
bildirən rəsmi şəxslər arasında AR Gənclər və İdman Nazirinin müavini İndira
Hacıyeva, AR Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, RF Elm və Ali
Təhsil nazirinin müavini Konstantin Moqilvevski və bir çox digər məsul şəxslər
yer alırdı.
Şrifti böyüt:
Çap et