10 mayda AMEA Dilçilik İnstitutunun baş direktoru professor Nadir
Məmmədli və bir qrup əməkdaşı Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 100 illiyi münasibətilə Ulu Öndərin məzarını ziyarət edib, məzar
önünə əkil və gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü
il respublikamızda “Heydər Əliyev İli” elan olunub. Ulu öndər Heydər Əliyevin
anadan olmasının 100-cü ildönümü həm respublikamızda, həm də onun
hüdudlarından kənarda təntənə ilə qeyd edilir.
Bu gün qüdrətli və qalib Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin
siyasi varisi, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan
Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə tərəqqi və Zəfər yolunda inamla
irəliləyir, yeni-yeni nailiyyətlərə imza atır.
Şrifti böyüt:
Çap et