8 mayda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə və elmlər
doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən gənclərlə və
gənc alimlərlə görüş keçirilib. Görüşdə institutun elmi şurasının əsasında yaradılan
komissiyanın üzvləri iştirak ediblər.
Tədbirdə institutun baş direktoru filologiya elmləri doktoru, professor Nadir
Məmmədli təhsilin hər pilləsində, o cümlədən doktorantura və dissertanturada
bütün proseslərin tamamilə şəffaf aparıldığını qeyd edib. Professor gənclərə elmi
işlərlə bağlı mövzu seçimi, işlərin aparılması, elmi tədqiqatlarda məsuliyyətli
olmağı tövsiyə edib. Bildirilib ki, müraciətlərinə müəssisə tərəfindən müsbət rəy
verilən şəxslər ingilis dili imtahanlarında iştirak etmək imkanı qazanacaqlar.
Qeyd edilib ki, bu il Dilçilik İnstitutunun Təhsil şöbəsinə doktorantura və
dissertantura hazırlığı üzrə 44 nəfər sənəd verib.
Şrifti böyüt:
Çap et