AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə “Heydər
Əliyev – Azərbaycan dili və Azərbaycançılıq” kitabı çap olunub.
Kitabın elmi redaktoru və ön söz müəllifi akademik Nizami Cəfərov, rəyçilər
professorlar Qəzənfər Kazımov və İlham Tahirovdur.
4 fəsildən ibarət olan “Heydər Əliyev – Azərbaycan dili və Azərbaycançılıq”
kitabı “Elm və təhsil” nəşriyyatında çap edilib.
Azərbaycan xalqının ümummilli liedri Heydər Əliyev hakimiyyətə gəldiyi ilk
illərdən milli dilin, ədəbiyyatın, incəsənətin inkişafına diqqət yetirmiş, dil
quruculuğuna milli dövlət quruculuğunun üzvi tərkib hissəsi kimi baxmışdır.
Əsərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda dil quruculuğu sahəsində
gördüyü işlərdən, onun Azərbaycan dili və nitq mədəniyyəti barədəki fikirlərindən,
azərbaycançılıq məfkurəsindən danışılır, natiqliyi, çıxış və nitqlərinin dil
xüsusiyyətləri təhlil edilir.
“Heydər Əliyev və Azərbaycanda dil quruculuğu” (akademik Ağamusa Axundov)
adlanan I fəsildə ölkədə dil quruculuğu proseslərinə Heydər Əliyevin rəhbərliyi ən
müxtəlif aspektlərdən müfəssəl təsvir edilməklə yanaşı, dil siyasətinin
istiqamətləri, dil və dövlət quruculuğu , dil və əlifba istiqamətində elmi-nəzəri
ümumiləşdirmələr aparılmışdır.
“Heydər Əliyev və nitq mədəniyyəti” adlı II fəslin müəllifi professor
Müseyib Məmmədovdur. Burada ulu öndərin nitq mədəniyyəti və natiqlik
sənətinin özünəməxsusluqları kontekstində sinonimlik, frazeologiya və sair kimi
nitq hadisələrinə toxunulur.
Professor Məsud Mahmudovun qələmə aldığı “Heydər Əliyevin çıxış və
nitqlərinin dilinin üslubi-qrammatik xüsusiyyətləri” adlı III fəsildə isə liderin
qrammatikasının stilistik incəlikləri araşdırılır.
Kitabda əvvəlki nəşrdə olmayan dördüncü fəsil də artırılmışdır.
IV fəslin müəllifi AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru
professor Nadir Məmmədlidir. “Heydər Əliyevin Vətən konsepti
–Azərbaycançılıq məfkurəsi” adlanan həmin fəsildə ulu öndərin nitqi koqnitiv
planda tədqiq olunmaqla onun dil-üslub dühasının məfkurəvi səciyyəsi verilir.
Şrifti böyüt:
Çap et