17 apreldə AMEA Nəsimi adına Dilçilik İnstitutnda özbək alimlərilə görüş olub.
Görüşdə Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Özbək dili və ədəbiyyatı
Universitetinin Özbək dilinin tədrisi fakültəsinin dekanı, professor Saodat
Muhamedova, fakültənin müəllimi Zilola Hüsayinova və ADPU-nun Müasir
Azərbaycan dili kafedrasının müəllimləri iştirak ediblər.
Tədbirdə Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli vurğulayıb
ki , bizim Özbəkistanın elm ocaqları, akademiyası, universitetləri ilə geniş
əlaqələrimiz vardır. Nadir Məmmədli Azərbaycan –özbək dilinə dair tədqiqatlarından,
iki ölkə arasında ədəbi əlaqələrin inkişafındakı xidmətlərindən və insani
keyfiyyətlərindən danışıb.
Professor bildirib ki institutun Türk dilləri şöbəsinin aparıcı elmi işçiləri tərəfindən
özbək dili ilə bağlı dissertasiya, kitablar yazılıb, danışıq kitabçası və lüğətlər çapa
hazırlanıb.
Sonda özbək alimləri çıxış edərək bu cür tədbirlərin həyata keçirilməsinin
əhəmiyyətindən danışıblar.
Şrifti böyüt:
Çap et