Şrifti böyüt:
Çap et
17 apreldə AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası keçirilib.
Elmi şuranı Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli açaraq
gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.
İclasda 2023-cü il yaz sessiyası doktorluq imtahanları komissiyalarının tərkibi
təsdiq olunub.
Sonra elmi katib filologiya elmləri doktoru Aynel Məşədiyeva gündəlikdəki çap
və müsabiqə məsələlərindən danışıb.
Azərbaycan dilinin tarixi şöbəsi üzrə şöbə müdiri vəzifəsinə elan olunmuş
müsabiqəyə əsasən filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovanın
namizədliyi irəli sürülərək gizli səsvermə keçirilib. Səsvermə nəticəsində Xədicə
Heydərovanın namizədliyi Elmi şura tərəfindən təsdiq olunub.