17 martda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Özbəkistanın Əlişir
Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin alimləri,
magistr və tələbələri ilə görüş olub.
Görüşdə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Filologiya
kafedrasının müdiri professor Bəxtiyar Mengliyev, professor Leyla Raufova
Lazimovna, magistr Sitora Menglieva, tələbə Nafasat Zariployeva iştirak edib.
İclası giriş sözü ilə açan elmi müəssisənin baş direktoru professor Nadir
Məmmədli bildirib ki, bizim Özbəkistanın elm ocaqları, akademiya və
universitetləri ilə geniş əlaqələrimiz vardır.
Professor Bəxtiyar Mengliyev “Özbək dil korpusu” nun yaradılması ilə bağlı
görülən tədbirlərdən söhbət açıb.
Görüşdə ikitərəfli əməkdaşlığın, ölkələrimizin elmi tədqiqat institututları
arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi
sahəsində məsələlər müzakirə olunub.
Tədbirdə Ədəbiyyat İnstitutunun professoru Almaz Binnətova, Türkologiya
jurnalının məsul katibi dosent Aysel Qəribli, Türk dilləri şöbəsinin aparıcı elmi
işçisi dosent Təranə Şükürlü iştirak ediblər.
Şrifti böyüt:
Çap et