“Pakistan-Azərbaycan əlaqələri” kitabının təqdimat mərasimi

Şrifti böyüt:
Çap et

9 Mart 2023-cü ildə Pakistan Respublikasının Azərbaycandakı səfiri Cənab Bilal Hayeenin təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyinə həsr edilən “Pakistan-Azərbaycan əlaqələri” (“Pakistan- Azerbaijan relations” (A pictorial journey)) kitabının təqdimat mərasimi keçirilib. Dörd hissədən ibarət olan bu kitabda Azərbaycan və Pakistan Respublikalarının siyasi tərəfdaşlıq, dostluq əlaqələrini əks etdirən tarixi fotoşəkillər və sənədlər əks olunub.

Tədbirdə Azərbaycan Dillər Unversitetinin rektoru, AMEA-nın həqiqi üzvü, birinci dərəcəli dövlət müşaviri akademik Kamal Abdulla, Pakistan Respublikasının Azərbaycandakı Səlahiyyətli səfiri Cənab Bilal Hayee, 2002-2010-cu illərdə Azərbaycanın Pakistan İslam Respublikasında, eləcə də Əfqanıstanda Fövqəladə və Səlahiyyətli səfiri, hal-hazırda AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxananın direktoru Kərim Tahirov və digərləri çıxış etdilər.

Təqdimat mərasimində Dilçilik İnstitutunun urdu dili üzrə mütəxəssisi Rövşən Şirxanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva da iştirak ediblər.