6 martda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası
keçirilib. İclası giriş sözü ilə açan institutun icraçı direktoru dosent Baba
Məhərrəmli gündəlikdə olan məsələləri diqqətə çatdırıb.
İclasda institutun elmlər doktorluğu hazırlığı üzrə doktorantları Qətibə
Mahmudova, Elnarə Əliyeva və fəlsəfə doktorları hazırlığı üzrə doktorantı Saffet
Alp Yılmaza elmi məsləhətçi təyin olunub.
Sonda institutun elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva
cari məsələləri müzakirəyə təqdim edib.
Əməkdar elm xadimi Qəzənfər Kazımovun “Azərbaycan dilinin qrammatikası
(Morfologiya. Sintaksis)” adlı dərsliyi, institutun Baş direktoru, fil.e.d., prof.
Nadir Məmmədlinin biblioqrafiyası, fil.e.d., prof. Nadir
Məmmədlinin və aqr.ü.f.d., dos. Şəlalə Zeynalovanın tərtib etdiyi “Vahid
sağlamlıq: insanlar, heyvanlar və ətraf mühit izahlı
terminlər lüğəti”, Müasir Azərbaycan dili şöbəsinin hazırladığı
“Onomastika məsələləri ”, “Xurşidbanu Natəvan” məcmuələri və “Mətnin
aktual məsələləri” adlı kitabı çapa təqdim olunub.
Şrifti böyüt:
Çap et