2023 –cü il fevral ayının 21-22 –də Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Lider Heydər
Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana Dili Gününə həsr olunmuş
“Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı
respublika elmi-praktiki konfransı keçirilmişdir.
Konfrans AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları və
İdarəetmə Sistemləri İnstitutlarının birgə təşkilatçılığı ilə keçirilib.
Konfransın işində AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları
fəal iştirak etmişlər. İnstitutun baş direktoru, prof. Nadir Məmmədli konfransın
açılışında çıxış etmiş, seksiyalar üzrə iclasların birinə sədrlik etmişdir. İnstitutun
icraçı direktoru dosent Baba Məhərrəmli, Kompüter Dilçiliyi şöbəsinin müdiri,
prof. Məsud Mahmudov və Terminologiya şöbəsinin müdiri, prof. Sayalı Sadıqova
seksiya iclaslarında həmsədr olmuşlar.
Konfransda seksiya iclaslarında prof. Məsud Mahmudov “Azərbaycan
dilinin milli korpusu süni intellekt problemləri kontekstində”, f.e.d., dos. Nərmin
Əliyeva, f.ü.f.d., dos. Rasim Heydərov “Korpus dilçiliyi və leksikoqrafiya”,
f.ü.f.d., dos. Könül Həbibova “Həştəqlər informativ əsas kimi”, f.ü.f.d., dos.
Nəzakət Qazıyeva “Nitq texnologiyalarının eksperimental-fonetik aspektləri”,
tex.ü.f.d. Əbülfət Fətullayev, prof. Məsud Mahmudov “Azərbaycan dilinin milli
korpusunun linqvistik tədqiqatlarda rolu”, elmi işçilər: Nigar Vəlizadə “Mətnin
linqvostatistik təhlili”, Rəna Mahmudova “Milli dil korpusunda Azərbaycan dilinin
tədqiqi məsələləri” və Maya Heydərova “Linqvistik verilənlər bazasının quruluş
xüsusiyyətləri” mövzularında maraqlı məruzələrlə çıxış etmişlər.
Şrifti böyüt:
Çap et