Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov S.C.Pişəvəri adına
Respublika Humanitar Fənlər Gimnaziyasında 21 fevral - Beynəlxalq Ana Dili
Gününə həsr olunan tədbirdə iştirak edib.
Profesor Ismayil Kazimov Azərbaycan dilinin tarixi, zənginliyi, bəlağətli
səslənməsi barədə şagird və pedaqoji heyətə araşdırma və təhlillərini
açıqlayıb.
"Məhəbbətin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq." deyə Ömər Faiq
Nemanzadədən sitat gətirməklə Azərbaycan dilini qoruyan dilçilərin bu
istiqamətdə yaradıcılıq fəaliyyətinə istinad edib. Çıxışının sonunda fikir
mübadiləsi aparılıb, professor İsmayıl Kazımov şagirdlərin çoxsaylı suallarını
cavablandırdı.
Gimnaziyanın direktoru İlqar Talıbov tədbirin yüksək səviyyədə keçirilməsində
dəstək olduğu AMEA Nəsimi adına Dilçilik İnstitunun rəhbərliyinə təşəkkürünü
bildirib.
Toponimika şöbəsinin müdiri dosent Elçin İsmayılov Qaradağ
rayonunda Heydər Əliyev fondunda keçirilən Beynəlxalq Ana Dili Gününə həsr
olunmuş tədbirdə iştirak edib. E.İsmayılov “Azərbaycan dilinin katual
problemləri”ndən danışıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
Sabunçu rayonu 28 nömrəli tam orta məktəbdə isə professor İsmayıl Məmmədli
“Ana dili milli varlığımızdır” mövzusunda məruzə edib.
Şrifti böyüt:
Çap et