20 fevralda AMEA Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral - Beynəlxalq
Ana Dili Gününə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru professor Nadir Məmmədli
dünyada qeyd olunan Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən
danışıb. Qeyd olunub ki, 1952-ci ildə Pakistanda benqal dilinin qadağan
edilməsinə qarşı keçirilən aksiyada 4 nəfər şəhid olub və onların xatirəsinə
ehtiram əlaməti kimi 1999-cu ilin noyabrında UNESCO tərəfindən fevralın 21-i
Beynəlxalq Ana Dili Günü elan edilib.
Professor bildirib ki, dövlət müstəqillik qazandıqdan sonra Azərbaycan
dilinin tətbiqi və işlədilməsi ilə bağlı müxtəlif tədbirlər görüldü.
1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi
keçirildi və Heydər Əliyev həmin yubiley tədbirində mövcud ideoloji qaydaları
və özündən əvvəlki çoxillik “ənənələri” sındıraraq rus dilində deyil, doğma ana
dilində çıxış etdi. Həmin tədbirlər sırasında böyük rəhbərin şəxsi təşəbbüsü və
qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet
Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi
fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd
etmək lazımdır”, – deyə akademik bildirib.
İclasda Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim
Heydərov “ Azərbaycanda dil siyasəti”, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi
dosent Elnarə Əliyeva “Qloballaşma dünyada ana dili problemi”, elmi işçi Arzu
İsgəndərzadə “Dilimiz kimliyimizdir” adlı məruzələrlə çıxış etmişlər.
Bildiriblər ki, dünyadakı müxtəlif dillər dünyadakı mədəniyyətlərin ifadəsidir. Dil
məhv olarsa onlarla birlikdə bütöv bir mədəniyyət də məhv olur.
Dilə olan sevgi ailədən, bağçadan, məktəbdən başlayır və davam edir. Ona
görə də ailələrimizdə doğma ana dilimizə sevgini formalaşdırmaq lazımdır.
Orta məktəbin ibtidai və yuxarı siniflərində Azərbaycan dilinə sevgini yaratmalı
və inkişaf etdirməliyik. Dilə sevgi olan yerdə uşaqlar doğma ana dilimizi,
Azərbaycan dilini dərindən öyrənəcək.
Tədbirdə professorlar İlhami Cəfərsoy , İsmayıl Kazımov, İsmayıl Məmmədli, filologiya elmləri
doktoru Nəriman Seyidəliyev, dosentlər Kifayət İmamquliyeva və Şəkər
Orucova çıxış edərək bildiriblər ki, Azərbaycan dili bütövlükdə xalqımızın,
hamımızın bu dildə ünsiyyətdə olan hər bir şəxsindir. Alimlər ölkəmizdə dil
quruculuğu sahəsində görülən işlərdən danışıblar.
Şrifti böyüt:
Çap et