Fevralın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba
filialının giriş zalında AMEA-nın Dilçilik İnstitutu tərəfindən ADPU-nun Quba
filialına hədiyyə olunan kitablar kollektivə təqdim edilib.
ADPU-nun Quba filiallnın direktoru fizika elmləri doktoru Yusif Alıyev
AMEA-nın Dilçilik İnstitutu tərəfindən ADPU-nun Quba filialına hədiyyə olunan
230 adda kitabları kollektivə təqdim edib, kitabların tədris vəsaiti kimi də
əhəmiyyətini diqqətə çatdırıb. Vurğulayıb ki, bu nəcib və əhəmiyyətli işin həyata
keçirilməsinə dəstək olduğuna görə AMEA-nın Dilçilik İnstitutunun baş direktoru
professor Nadir Məmmədliyə minnətdarlığımızı və dərin təşəkkürümüzü bildiririk.
Hazırda bu kitablar istər professor və müəllim kollektivi, istərsə də tələbələrimiz
üçün olduqca qiymətli xəzinədir. Çünki hədiyyə edilən kitabların müəllifləri
Azərbaycan elmi və ədəbiyyatı üçün əvəzsiz xidmətləri olan ziyalılarımızdır.
Daha sonra kollektiv kitablarla yaxından tanış olub.
Şrifti böyüt:
Çap et