Fevralın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına
Dilçilik İnstitutunun Qadınlar Şurasının Folklor İnstitutu Qadınlar Şurası ilə
birlikdə təşkil etdiyi “Humanitar elmdə Azərbaycan qadını” adlı ictimai-elmi
seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun Baş direktoru filologiya
elmləri doktoru, professor Nadir Məmmədli Azərbaycan qadının cəmiyyətdə
rolunu qeyd etmiş,ali qadınların Azərbaycan elmindəki uğurlarından söz açmışdır.
Daha sonra AMEA Dilçilik İnstitutu Qadınlar Şurasının sədri fil.ü.f.d, dos.
Şəbnəm Həsənli- Qəribova 11 fevral “Beynəlxalq Qadınlar və Qızların Elmdə
İştirakı Günü” haqqında məlumat vermişdir.
Tədbirdə AMEA Folklor İnstitutu Folklor və yazılı ədəbiyyat şöbəsinin
müdiri fil.e.d, dos. Leyla Məmmədova “ Qarabağın qadın şairləri”, AMEA Dilçilik
İnstitutu Terminologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Vəfa
Abdullayeva- Nəbiyeva “Azərbaycanın maarifçi qadınları”, AMEA Folklor
İnstitutu “Mifologiya” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. İlhamə Qəsəbova
“İlkə imza atmış Azərbaycanlı qadınlar”, AMEA Dilçilik İnstitutu “Türk dilləri”
şöbəsinin böyük elmi işçisi Dilbər Camali “İlk qadın dilçi alimlər” adlı məruzə ilə
çıxış ediblər.
Məruzəçilər qeyd etdilər ki, XIX əsrin sonlarından başlayan maarifçilik hərəkatında
Azərbaycan qadını da öz üzərinə düşən vəzifələri doğru dərk edərək maarifçilik
hərəkatını genişləndirmək üçün böyük xidmətlər görmüşlər. Bu dövrdə
Azərbaycanın tərəqqipərvər qadınları - Məryəm xanım Bayraməlibəyova
Lənkəranda, Gövhər Şövqiyyə Şamaxıda, Nazlı Tahirova Naxçıvanda, Maral
Nəbizadə Şəkidə, Bülbül Kazımova Gədəbəydə, T.Ağayeva, Yaqut Ağayeva,
Fərdmuş Paşayeva Gəncədə, Səidə Şeyxzadə, Sara Vəzirova, Hənifə Məlikova,Qərib Soltan, Zərri Şahtaxtinskaya, Rəhilə Hacıbababəyova və başqaları Bakıda
xalq maarifinin inkişafına çalışmışlar. Azərbaycan qadınlar müxtəlif elm
sahələrində ilkə imza ataraq elmi cəmiyyətdə böyük uğurlar əldə etmişlər.
Şrifti böyüt:
Çap et