Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik
İnstitutunda elmi seminar keçirilib.
Seminarda “Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri professor İlhami
Cəfərsoy “Albanların dili və etnik mənsubiyyəti”, Arxeologiya və Etnoqrafiya
İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Taleh Əliyev
“Albanşünaslığın aktual məsələləri” adlı məruzə ilə çıxış ediblər.
Məruzəçilər bildiriblər ki, albanlar e.ə.VIII-İX əsrlərdə on üç tayfadan ibarət dövlət
yaradıblar. Həmin dövlət Göyçə mahalı ilə Azərbaycanın şimal rayonlarını əhatə
edirdi. Onlar türk dillərinin ləhcələrində danışıblar: “ataya –ata, anaya –ama,
ulduza – ultuz” deyiblər. Ən qədim albanlar Türkiyə ərazisində Troyanın şərqində
yaşayırdılar.
Alimlər qeyd ediblər ki, albanlar haqqında Türkiyənin Kayseri yaxınlığında
tapılan Mix yazılı mətnlərində məlumat verilib. Əlifbalarının bəzilərində 38,
bəzilərində 52 hərf mövcud olmuşdur.
Seminarda elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli bildirib
ki, bugünkü ərazi bütövlüyünün bərpası zamanı belə mövzuların keçirilməsi
aktualdır.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb və məruzəçilər mövzu ilə bağlı
sualları cavablandırıblar.
Şrifti böyüt:
Çap et