“İlin Gənci-2023” Vəfa Abdullayeva-Nəbiyeva

Şrifti böyüt:
Çap et

Fevralın 2-i Mingəçevir şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə uğurlu fəaliyyətləri ilə seçilən gənclərin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və digər nüfuzlu şəxslər iştirak ediblər. Mərasimdə elm, təhsil, mədəniyyət, ədəbiyyat, IT, tibb və digər sahələrdə fərqlənən gənclərə mükafatlar təqdim olunub. Elm sahəsi nominasiyası üzrə Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva “İlin Gənci” seçilmişdir.