Kəşmir Həmrəylik gününə həsr olunmuş Beynəlxalq Konfrans

Şrifti böyüt:
Çap et

3 Fevral 2023-cü ildə Pakistanın Azərbaycandakı səfiri Cənab Bilal Hayeenin təşkilatçılığı ilə ADA Universitetində Kəşmir Həmrəylik gününə həsr olunmuş Beynəlxalq Konfrans və Foto Sərgi keçirilib. Mərasim Pakistan və Azərbaycan şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış nitqində Cənab Səfir Bilal Hayee Azərbaycan Pakistan Respublikalarının illərə söykənən dostluq əlaqələri, Kəşmir və Cammunun qanunsuz işğal edilməsi, 5 avqust 2019-cu il hadisələri haqqında ətraflı məlumat verib. Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayev və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev məruzə ilə, Kəşmir lideri Yasmin Malikin həyat yoldaşı Məşəl Malik və Türkiyədən İnsan haqları müdafiəçisi isə videobağlantı vasitəsilə konfransda çıxış ediblər.

Konfransda Cənab Səfir Bilal Hayeenin dəvəti ilə Dilçilik İnstitutunun Baş direktoru professor Nadir Məmmədli, institutun urdu dili üzrə mütəxəssisi Rövşən Şirxanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva da iştirak ediblər. tədbirə dəvət almişdılar.