31 yanvarda AMEA Nəsimi adına Dilçilik İnstitutunda elmi şuranın iclası keçirilib. İclası giriş sözü ilə açan elmi müəssisənin baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli gündəlikdə olan məsələləri diqqətə çatdırıb.
İclasda öncə 2022-ci il üçün Elmi Şuranın İş planı, Elmi tədqiqat işlərinin əhatəli planı təsdiq olunub. Qərara alınıb ki, Dilçilik İnstitutunun 2022-ci il üçün elmi-tədqiqat işlərinin əhatəli planı hazırlanaraq AMEA-nın Humanitar Elmləri Bölməsinə təqdim olunsun.
İclasda həmçinin institutun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.
Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru dosent Rasim Heydərov, Eksperimental fonetik araşdırmalar laboratoriyasının müdiri dosent Nəzakət Qaziyeva, Gənc Alimlər və Mütəxəssislər şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Günel Orucova, Toponimika sektorunun müdiri dosent Elçin İsmayılov elmi şuraya üzv seçiliblər.
Sonra elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva cari məsələləri diqqətə çatdırıb.
Azərtacda dərc olunmuş elana əsasən Kompüter dilçiliyi şöbəsi üzrə şöbə müdiri vəzifəsinə səsvermə yolu ilə filologiya elmləri doktoru, professor Məsud Mahmudov, Toponimika sektorunun müdiri vəzifəsinə filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov seçiliblər.
Daha sonra Azərtac saytında dərc olunmuş elana əsasən Sosiolinqvistika və psixolinqvistika, Tətbiqi dilçilik şöbələri üzrə böyük elmi işçi, Azərbaycan dialektologiyası , Kompüter dilçiliyi, Qədim dillər və mədəniyyətlər şöbələri və Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası üzrə elmi işçi, Türk dilləri şöbəsi üzrə aparıcı elmi işçi vəzifəsinə əməkdaşların seçkiləri açıq səsvermə yolu ilə həyata keçirilib.
Şrifti böyüt:
Çap et