AMEA Nəsimi adına Dilçilik İnstitutunun 2023-cü il üçün illik İş planı təsdiq olunub

Şrifti böyüt:
Çap et

25 yanvarda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası keçirilib.

İclası giriş sözü ilə açan elmi müəssisənin rəhbəri professor Nadir Məmmədli gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

İclasda Elmi katib filologiya elmləri doktoru Aynel Məşədiyeva illik İş planını və Elmi tədqiqat işlərinin fərdi planlarını diqqətə çatdırıb. Müzakirələrdən sonra 2023-cü il üçün İş planı və fərdi planlar təsdiq olunub.

İclasda bildirilib ki, Toponimika şöbəsində “Qərbi Azərbaycan və Şərqi Zəngəzur toponimləri” nin tədqiqi istiqamətində elmi araşdırmalar aparılacaq.

Sonda cari məsələlər diqqətə çatdırılıb.