23 yanvarda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi seminarın
iclası keçirilib.
İclasda iqtisadiyyat üzrə fəlsəfə doktoru Rəşad Tahiroğlu “ Dil və dini
inancların köklərinə doğru” adlı məruzə ilə çıxış edib.
Gənc tədqiqatçı müəyyən edib ki, türk tarixinin keçmişini, dilini və dini
köklərini elmi səviyyədə izah etməklə kökümüzü özümüzə tanıtmağa
çalışmalıyıq.
Elmi seminarda institutun baş direktoru professor Nadir Məmmədli , icraçı
direktor dosent Baba Məhərrəmli, şöbə müdirləri professorlar İlhami Cəfərov,
Mayıl Əsgərov, dosentlər Elçin İsmayılov və Teyyub Quliyev seminarın
mövzusu ilə bağlı fikirlərini bildiriblər.
İnstitutun Elmi seminarının sədri professor Sayalı Sadıqova mövzu haqqında
fikirlərini bölüşərək məruzəçiyə təşəkkür edib, belə seminarların mütəmadi təşkil
olunmasının əhəmiyyətini vurğulayıb.
Şrifti böyüt:
Çap et