AMEA Nəsimi adına Dilçilik İnstitutunda Toponimika sektorunun əsasında Toponimika şöbəsi yaradılıb.
Toponimika şöbəsi Qərbi Azərbaycan toponimləri və işğaldan azad edilmiş ərazilərin onomastik mənzərəsinin bərpası, adlarının müəyyənləşdirilməsi məsələləri ilə məşğul olacaq.
Dağlıq Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib, işğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə isə yeni erməni adları qoyulub.
Toponimika şöbəsi toponimlərin tədqiqi, işğaldan azad edilmiş, ermənilər tərəfindən adları dəyişdirlən toponimlərin adlarının milliləşməsi istiqamətində tədqiqatlar aparacaq.
Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov şöbəyə rəhbərlik edəcək.
Şrifti böyüt:
Çap et