05 yanvarda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Oğuz Xan Cəvahirləl
Nehru adına Hindistan Dövlət Universitetinin Türk dili kafedrasının müdiri
professor Qous Mashkoor Xan arasında görüş keçirilib.
Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli bildirib ki,
Azərbaycan-Hindistan ədəbi-mədəni və elmi əlaqələri çoxəsrlik böyük ənənələrə
malikdir. Azərbaycan-Hindistan əlaqələri ölkəmiz müstəqillik qazandıqdan sonra
yeni mərhələyə daxil olmuşdur.
Professor vurğulayıb ki, Azərbaycan Respublikası ilə Hindistan arasında 28
sentyabr 1991-ci il tarixdən diplomatik əlaqələrin yaranması, 2004-cü ildə Dehlidə
Azərbaycan Səfirliyinin fəaliyyətə başlaması ilə yeni tarixi mərhələnin inkişaf
etdirilməsinə şərait yaradılmışdır.
Görüşün məqsədi birgə konfransların, seminarların, simpoziumların
keçirilməsi, elmi jurnallarda birgə məqalələrin çap edilməsi, ortaq tədqiqat
layihələrin işlənməsi, müştərək mədəni proqramların təşkili, doktorant və
tədqiqatçıların mübadiləsini təmin etməkdir.
Asiyanın nəhəng dövlətlərindən biri olan Hindistanla qarşılıqlı elmi və
türkoloji əlaqələri daha da inkişaf etdirmək hər iki ölkənin strateji maraqlarına və
tərəqqiyə uğurla xidmət edir.
Sonda Qous Mashkoor Xan institut rəhbərliyinə öz təşəkkürünü bildirib.
Şrifti böyüt:
Çap et