Dekabrın 30-da AMEA Nəsimi adına Dilçilik İnstitutunda 31 Dekabr -
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram
tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun baş direktoru professor Nadir
Məmmədli kollektivi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və
Yeni il münasibətilə təbrik edib, onlara Yeni ildə cansağlığı və müvəffəqiyyətlər
arzulayıb.
Professor qeyd edib ki, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
artıq neçə illərdir ki, respublikamızda geniş qeyd edilir. Bu gün yalnız müstəqil
Azərbaycan Respublikasında yaşayan soydaşlarımızın deyil, eləcə də bütün
dünyada yaşayan 50 milyondan çox həmvətənlərimizin ən əziz bayramlarından
biridir.
Nadir Məmmədli yola saldığımız ilinin institutun fəaliyyətilə bağlı da yaddaqalan
olduğunu bildirib. Baş direktor institutun il ərzində əldə etdiyi nailiyyətlərdən
ətraflı bəhs edib.
Sonda çıxış edən əməkdaşlar hər bir Azərbaycan ailəsinə səadət, xoşbəxtlik,
yeni uğurlar arzulayıblar.
Şrifti böyüt:
Çap et