Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının 09.12.2022-ci il tarixli qərarı ilə AMEA Nəsimi adına Dilçilik
İnstitutunun Elmi katibi dosent Aynel Ənvər qızı Məşədiyevaya Türk dilləri və Dil
nəzəriyyəsi ixtisası üzrə filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Aynel Məşədiyeva 1998-ci ildə Bakı Dövlət Universiteti Şərqşünaslıq
fakültəsinin türk filologiyası bölməsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə
bitirmişdir. Həmin ildə də türk dili ixtisası üzrə BDU-nun magistraturasına qəbul
olmuş, 2000-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək AMEA Nəsimi adına
Dilçilik İnstitutunun Türk dilləri ixtisası üzrə aspiranturasına qəbul olmuşdur.
Həmin ildən türk dilləri şöbəsinin əyani aspirantı kimi elmi fəaliyyətə başlayıb
dissertasiya işini vaxtından əvvəl başa çatdıraraq, 2004-cü ilin sentyabrında “Türk
dillərində ahəng qanununun formal təsviri” adlı namizədlik dissertasiyasını
müvəffəqiyyətlə müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsini
almışdır.
Aynel Məşədiyeva zəhmətkeş, savadlı, mükəmməl qabiliyyəti və öz dəsti xətti ilə
secilən əsl alimdir.
Aynel xanımı təbrik edir, ona möhkəm cansağlığı və yaradıcılıq uğurları
arzulayırıq.
Şrifti böyüt:
Çap et