Şrifti böyüt:
Çap et
AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası keçirilib.
İnstitutun baş direktoru professor Nadir Məmmədli şura üzvlərini gündəlikdə olan
məsələlərlə tanış edib.
Həmkarlar Təşkilatının fəaliyyətinin illik hesabatı dosent Qətibə Mahmudovanın
təqdimatında dinlənilib. Hesabat ətrafında müzakirələr aparılıb.
Sosiolinqvistika və psixolinqvistika şöbəsi üzrə elmi işçi vəzifəsinə elan
olunmuş müsabiqəyə əsasən açıq səsvermə keçirilib.
Sonda elmi katib Aynel Məşədiyeva gündəlikdə olan məsələləri diqqətə
çatdırıb.