Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutunun elmi şurasının illik hesabatı dinlənilib.
İclasda Dilçilik İnstitutunun baş direktoru,professor Nadir Məmmədli elmi
müəssisədə tədqiqat işlərinin “Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın
tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”
əsasında aparıldığını bildirib.
Sonra institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel
Məşədiyeva 2022-ci ildə görülən işlər barədə geniş hesabatla çıxış edib.
Bildirib ki, hesabat ilin ərzində institutun 12 şöbəsində, 1 sektorunda və 1
laboratoriyasında 1 istiqamət üzrə, 15 problem, 20 mövzu, 118 iş yerinə
yetirilməktədir. 2022-ci ildə 1 mövzu və 118 iş tamamlanmışdır.
“Qarabağ” mövzusu ilə bağlı institutda 20 məqalə, 1 atlas və atlasın
proqramı çap olunmuşdur.
Hesabat ilin ərzində institutun əməkdaşlarının 10 monoqrafiyası, 6 kitabı,
255 (10 impakt faktorlu, 40-ı xaricdə dərc olmaqla (Rusiya, Çexiya, Türkiyə,
Ukrayna, Özbəkistan, Qazaxıstan) məqaləsi çap olunmuşdur.
Aynel Məşədiyeva qeyd edib ki, hesabat ilində institutun təşkilatçılığı ilə 2
beynəlxalq və 1 respublika elmi konfrans keçirilmişdir:
2022-ci ilin 24-25 iyunda Qırğızıstan Respublikasının Bişkek şəhərində
Qırğızıstan Elmlər Akademiyasının təşkilatçılığı ilə MDB ölkələri alimlərinin IV
forumu keçirilmişdir. AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru
filologiya elmləri doktoru, professor Nadir Məmmədli forumda iştirak edib.
Elmi katib, həmçinin elmi-tədqiqat işləri, institut tərəfindən keçirilmiş digər
konfranslar, sessiyalar, seminarlar və yubileylər, eləcə də institutun nəşriyyat
fəaliyyəti, elmi məqalələr, o cümlədən xaricdə çap olunmuş məqalələr haqqında
məlumat verib.
Ümumiyyətlə, il ərzində institutda 23 tədbir keçirilmişdir.
2022-ci il ərzində tətbiq olunmuş ən mühüm elmi nəticələr içərisində
“Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” və Nadir
Məmmədlinin “Azərbaycan dili və nitq mədəniyyəti” (norma, nitq mədəniyyəti
sahələri və nitqdə verilən tələblər) dərsliyi əsas götürlümüşdür.
Daha sonra professorlar Ilham Tahirov, Rüfət Rüstəmov, İsmayıl
Məmmədli,Sevinc Əliyeva hesabatla bağlı fikirlərini bildiriblər. Elmi şura üzvləri
hesabatı bəyəndiklərini qeyd ediblər.
İclasda çıxış edən akademik Nizami Cəfərov institutun illik hesabatını çox yüksək
qiymətləndirib. Vurğulayıb ki, “Qloballaşma şəraitində Azərbaycan dilinin
zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət
Proqramı”nın müddəalar üzrə tədqiq olunması metodoloji üstünlükdür.
Toponimiya məsələsində institut Milli Məclisin Toponimika sektoru ilə əlaqəli
əməkdaşlıq etsin.
Akademik qeyd edib ki, hesabatın əsas nailiyyətlərinin müəllifi professor Nadir
Məmmədlidir.
Şrifti böyüt:
Çap et