Azərbaycan Milli Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və Psixolinqvistika şöbəsinin müdiri, Bakı Avrasiya Universitetinin professoru, filologiya elmləri doktoru Mayıl B. Əsgərov Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar tədbirdə iştirak etmişdir.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, Rauf Əliyev, Müşfiq Məmmədli, Sabir Hacıyev, AMEA Dilçilik İnstitutunun şöbə müdiri professor Mayıl Əsgərov, Elm və Təhsil Nazirliyinin əməkdaşları və məktəbin direktoru çıxış etmişdir.
Filologiya elmləri doktoru, professor Mayıl B. Əsgərov məzunu olduğu bu məktəblə bağlı xatirələrini danışmış, ona dərs deyən müəllimlərini hörmətlə yad etmişdır. Çıxış zamanı professor Mayıl B. Əsgərov məktəbə hədiyyə etdiyi elmi ədəbiyyat, dərs vəsaitləri və digər kitablar haqqında qısa məlumat verərək demişdir:
"Səhnədə gördüyünüz bu kitablar mənim əsərlərimdir, mən özümsə bu məktəbin yazdığı bir əsərəm. Burada təhsil aldığım 10 il ərzində əziz müəllimlərimin sətir-sətir yazdığı bir kitabam. Bu gün mən kitablarımı öz doğma məktəbimə hədiyyə edirəm. Bozalqanlı məktəbi isə, 1969-1979-cu illərdə "Mayıl Əsgərov" adlı bir kitab yazıb Azərbaycana hədiyyə edib. Mən bu günə qədər qazandığım bütün uğurlara, yazdığım əsərlərə görə, ilk növbədə məzunu olduğum bu məktəbə, 100 yaşlı Bozalqanlı Məktəbinə borcluyam!"
Şrifti böyüt:
Çap et