1945-ci ildən İnstitutun əsas şöbələrindən biri kimi fəaliyyətə başlamışdır.
Mövcud olduğu 60 il müddətində şöbənin əsas elmi istiqaməti Azərbaycan dilinin
tarixi qanunauyğunluqları, Azərbaycan ədəbi dili problemləri, Azərbaycan dilinin
tarixi qrammatikası, Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, qədim yazılı
abidələr və Azərbaycan ədəbiyyatının ayrı-ayrı klassiklərinin dil və üslub
məsələlərinin elmi-nəzəri səviyyədə araşdırılmasından ibarət olmuşdur. Şöbənin
ilk müdiri AMEA-nın müxbir üzvü, professor Əbdüləzəl Dəmirçizadə olmuşdur.
Sonralar şöbəyə müxtəlif illərdə fil.e.d. C.Əfəndiyev, prof. M.Rəhimov, prof.
R.Məhərrəmova, prof. V.Aslanov, prof. S.Mehdiyeva, fil.e.n. V.Adilov, f.e.n.
F.Əhmədov,fil.f.d., dosent Teyyub Quliyev rəhbərlik etmişlər.
Şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovadır.
1. Məhərrəmova R. Sabirin satirik şeirlərinin leksikası. Bakı, “Azərb. SSR
EA”, 1968. — 143 s.
2. Məhərrəmova R. Sabirin dili. Bakı, “Maarif”, 1976. — 107 s.
3. Aslanov V. Azərbaycan dilinin tarixinə dair tədqiqlər. Bakı, “Elm”, 2002.
— 155 s.
4. Aslanov V., Mehdiyeva S., Əlizadə S. Azərbaycan ədəbi dili tarixi. I c.
Bakı, “Şərq-Qərb”, 2007. — 478 s.
5. Aslanov V., Mehdiyeva S., Əlizadə S. Azərbaycan ədəbi dili tarixi. I c.
Bakı, “Şərq-Qərb”, 2007. — 328 s.
6. Mehdiyeva S., Eyvazova R., Kazımov Q. Azərbaycan ədəbi dili tarixi. III
c. Bakı, “Şərq-Qərb”, 2007. — 334 s.
7. Axundov A., Məhərrəmova R., İsmayılova G. Azərbaycan ədəbi dili tarixi.
IV c. Bakı, “Şərq-Qərb”, 2007. — 421 s.
8. Qədimalıyeva A. Qazi Bürhanəddin “Divan”ının leksikası. Bakı, “Nurlan”,
2008. — 184 s.
9. Məhərrəmova R. Azərbaycan ədəbi dili tarixi. XVII-XVIII əsrlər. Bakı,
“Şərq-Qərb”, 2007. — 328 s.
AZƏRBAYCAN DİLİNİN TARİXİ ŞÖBƏSİ