“Azərbaycan dilinin semantikası və ikinci nominasiya məsələləri“

“Azərbaycan dilinin semantikası və ikinci nominasiya məsələləri“ məqalələr toplusu (Bakı: “Elm və təhsil”, 2018, 148 səh.) AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Müasir Azərbaycan dili” şöbəsində yerinə yetirilmiş elmi – tədqiqat işlərinin yekunudur. Məqalələrin bir çoxunda leksik-semantika, konsept, fonosemantika, lokativlik və s. məsələlər öz əksini tapmışdır. Topluda dil vahidlərinin (şəxs adları, ləqəb (ayama), təxəllüs, imza kimi ikinci nominasiya məsələləri onomoloji aspektdə təhlil olunur. Kitabın elmi redaktoru prof. İ.B.Kazımov, rəyçilər dos. N.M.Hacıyeva və dos. İ.S.Salehovadır.

Kitabdan elmi işçilər, tələbələr və başqaları istifadə edə bilərlər.

08.06.2018