Filologiya üzrə fəlsəfə doktoru Günel Mirzəyevanın “Azərbaycanca –Özbəkcə-Türkcə” danışıq kitabçası çapdan çıxmışdır.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Günel Mirzəyevanın “Azərbaycanca –Özbəkcə-Türkcə” danışıq kitabçası çapdan çıxmışdır.

Elmi şuranın qərarı ilə çap olunan danışıq kitabçasını hazırlayan fil.ü.f.d. dos. Günel Mirzəyeva, elmi redaktoru Elçin İbrahimov, rəyçiləri fil.e.d., professor Sadət Muhammedova (Özbəkistan), fil.ü.f.d. professor İsmayıl Məmmədovdur.

Danışıq kitabçasında Özbək yazısının qısa tarixçəsi, özbək dilinin latın qrafikası haqqında məlumat verilir. Bu danışıq kitabçasının özbək, Azərbaycan, türk xalqları arasında gediş-gəlişlərin və mədəni əlaqələrin artmasında ən əsası da bu sahədə üçdilli lüğət boşluğunun doldurulmasında faydalı olacağına ümid edirik.