“Ömər Faiq Nemanzadə və Ana dilimiz” adlı məqalələr toplusu çap olunub

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsi tərəfindən
hazırlanan “Ömər Faiq Nemanzadə və Ana dilimiz” adlı məqalələr toplusu çap
olunub.
Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist,
tanınmış maarifçi , təşkilatçı və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan
olmasının 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncam imzalamışdır. Bu
sərəncamdan irəli gələrək Türk dilləri şöbəsinin əməkdaşları, eləcə də bu mövzuda
araşdırma aparan digər alimlərin məqalələri bu məcmuədə toplanmışdır.
Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan topluda Ömər Faiq
Nemanzadənin hərtərəfli fəaliyyəti, yaradıcılıq yolu, əsərlərində dil və imla
məsələləri , ana dili təəssübkeşliyi, xalqın maarifləndirilməsi uğrunda yorulmaz
mücadiləsi, ədib haqqında xatirələr barəsində yazılanlar, mətbuatdakı çıxışları,
naşirlik işləri, Türk dünyasında oynadığı rol və sair işıqlandırılmışdır.
Kitabın elmi redaktorları Dilçilik İnstitutunun baş direktoru professor Nadir
Məmmədli və Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov , dosentlər
Elnarə Əliyeva, Günel Mirzəyeva və Təhminə İsmayılovadır.
Topluda “Ömər Faiq Nemanzadənin publisistik dili”, “Ömər Faiq Ömər
Faiq Nemanzadənin Nemanzadənin ana dili təəssübkeşliyi”, “Ömər Faiq
Nemanzadənin xatirələri”, Ömər Faiq Nemanzadənin yaadıcılığında dil
məsələləri”, Ömər Faiq Nemanzadənin yaradıcılığında orfoqrafiya məsələləri” ,
“Ömər Faiq Nemanzadə haqqında yazılanlar” və sair məqalələr işıq üzü görüb.