“MÜSTƏQİLLİK İLLƏRİNDƏ BEYNƏLMİLƏL TERMİNLƏRİN İZAHLI LÜĞƏTİ” çap olunub
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin elmi işçisi
Aytən Hüseynova-Qəhrəmanlının “Müstəqillik illərində beynəlmiləl terminlərin izahlı
lüğəti” çap olunmuşdur.
Kitabın redaktorları filologiya elmləri doktoru, professor Nadir Məmmədli,
filologiya elmləri doktoru, professor Sayalı Sadıqova, rəyçilər filologiya elmləri
doktoru, professor İsmayıl Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa
Abdullayeva-Nəbiyevadır.
Lüğətdə müxtəlif elm sahələrinə (iqtisadiyyat, nanotexnologiya, biotexnologiya,
incəsənət, diplomatiya, turizm, İnformasiya telekommunikasiya texnologiyaları, tibb,
idman və s.) aid 1700-ə yaxın beynəlmiləl termin və terminoloji birləşmələrin izahı
verilmişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur, xüsusilə tələbələr,
doktorantlar, elmi işçilər və müxtəlif elm sahələri üzrə çalışan mütəxəssislər üçün
faydalı ola bilər.