Istanbulda professor Nadir Məmmədlinin "Azerbaycan Folkloru ve Konuşma Kültürü" adlı kitabı çap olunub

AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru filologiya üzrə elmlər
doktoru, professor Nadir Məmmədlinin İstanbulda "Azerbaycan Folkloru ve
Konuşma Kültürü" adlı kitabı çap olunub.
Kitabı Azərbaycan dilindən Türkiyə türkcəsinə Dilçilik İnstitutunun
“Sosiolinqvistika və psixolinqvistika” şöbəsinin elmi işçisi və əyani doktorantı
Elnurə Hüseynova tərcümə edib.
Professor Ahmed Buranın redaktoru olduğu kitabda Azərbaycan folkloru və nitq
mədəniyyəti məsələləri müfəssəl olaraq işıqlandırılmışdır. Şifahi xalq
ədəbiyyatımızın bir çox növləri haqqında maraqlı məlumatlar nümunələrlə qeyd
edilmişdir. Əsərdə şifahi xalq ədəbiyyatımızın: mərasim nəğmələri, holavarlar,
sağın nəğmələri, ovçu nəğmələri, balıqçı nəğmələri, ipəkçi nəğmələri, hana
nəğmələri, toy nəğmələri, yas nəğmələri, laylalar, oxşamalar, düzgülər, sanamalar,
təkərləmələr, acıtmalar, meydan tamaşaları, cıdır tamaşaları, atalar sözləri və zərb
məsələləri, rəvayət, əfsanələr, lətifələr, nağıllar, dastanlar, tapmacalar, bayatılar,
bağlamalar, inanclar, andlar, alqışlar, qarğışlar, dualar, yanıltmaclar kimi növləri
müfəssəl məlumatlar və nümunələrə oxucuların diqqətinə çatdırılır.
Əsərdən şifahi xalq ədəbiyyatı, onun ayrı-ayrı növlərini tədqiq edən tədqiqatçılar,
bu sahə ilə maraqlanan hər kəs yararlana bilər.