Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

Filologiya üzrə elmlər doktoru Mayıl Binnət oğlu Əsgərov
Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri

Həyatı

Mayıl Binnət oğlu Əsgərov 17 yanvar 1962-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. 1979-cu ildə Y.Sadıqov adına Bozalqanlı kənd orta məktəbini bitirmiş, 1979-1981-ci illərdə Tovuz rayon sement zavodunda işləmiş, 1981-1983-ci illərdə Sovet Ordusunda xidmət etmişdir.
1983-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuş, 1986-cı ildə təhsilini davam etdirmək üçün məqsədli göndərişlə Leninqrad Dövlət Universitetinə (indiki Sankt-Peterburq Dövlət Universitetinə) göndərilmiş, 1990-cı ildə həmin universitetin şərqşünaslıq fakültəsini Şərqşünas-türkoloq ixtisası ilə bitirərək gənc mütəxəssis kimi Azərbaycana qayıtmışdır.
1990-1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda çalışmışdır.
1994-2000-ci illərdə Azərbaycan Milli ordusunda xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikası Silahlı qüvvələrinin (1997-ci ildə), Türkiyə Respublikası Silahlı Qüvvələrinin Sülh Naminə Əməkdaşlıq Şurasının (1999-cu ildə), NATO Birləşmiş Komandanlığının (2000-ci ildə) fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olunmuşdur.
2000-ci ildən 2013-cü ilə qədər Dilçilik İnstitutunun Türk dilləri şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2013-cü ildən Dilçilik İnstitutunun Sosiolinqvistika və Psixolinqvistika şöbəsinin müdiridir.
2005-ci ildən filologiya elmləri namizədidir (Diplom seriya EN, № 03418, verilib: 22.02.2005-ci ildə AAK tərəfindən, protokol № 7 - k). Namizədlik dissertasiyasının mövzusu: “Adverbial feil formaları ilə zaman formaları arasındakı funksional-semantik əlaqələr”.
2012-ci ildən Türk dilləri ixtisası üzrə dosentdir (Attestat seriya DS, № 04027, verilib: 28.03.2012-ci ildə AAK tərəfindən, protokol № 10).
2016-cı ildən filologiya üzrə elmlər doktorudur (Diplom seriya ED, № 01696, verilib: 22.01.2016-cı ildə AAK tərəfindən, protokol № 2 - R). Doktorluq dissertasiyasının mövzusu: “Dillərin leksik- qrammatik səviyyədə tədqiqinin linqvo-psixoloji problemləri”.
Elmi fəaliyyətinə paralel olaraq pedaqoji və tərcümə fəaliyyətləri ilə də məşğul olmuşdur. 1996-2006-cı illərdə “Fortuna Lux” tərcümə və dil öyrənmə mərkəzində, 2006-cı ildən sonra isə Bakı Avrasiya Universitetində çalışır.
30-a yaxın elmi monoqrafiya, dərs vəsaiti və digər kitabların, 70-dən artıq elmi məqalə və konfrans materialının müəllifidir. Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Ufa, Elista, Çadır-Lunqa, Ankara, İstanbul, İzmir, Urfa, Niğde, Almata, Atırau, Nursultan və başqa şəhərlərdə keçirilmiş nüfuzlu elmi məclislərdə Azərbaycanı təmsil etmişdir.
Evlidir. İki qız atasıdır.

Elmi yaradıcılığı

Mayıl B. Əsgərov “Türk dillərində adverbial feil formaları, zaman formaları və onlar arasındakı funksional-semantik əlaqələr” mövzusunu namizədlik dissertasiyası kimi araşdırmış, türk dillərində işlənən zaman formalarının yeni xüsusiyyətini üzə çıxarmış, onların həm indiki, həm keçmiş, həm də gələcək zaman fonunda işlənmə potensialına malik olduğunu göstərmişdir. İngilis, alman fransız dillərində 16, 18, 24, Azərbaycan dilində isə cəmisi 5 zaman formasının (2 keçmiş, 2 gələcək, 1 indiki) olduğunu etiraf edən dilçilərin əksinə olaraq sübut etmişdir ki, Azərbaycan dilində indiki zaman fonunda 7, keçmiş zaman fonunda 12, gələcək zaman fonunda 4 aktiv forma olmaqla ən azı 23 zaman forması vardır.
Bu tədqiqatda Mayıl B. Əsgərov nəzəri şəkildə bildirmiş və praktik olaraq sübut etmişdir ki, nitq vaxtı zaman formalarının müəyyən edilməsi meyarı deyil və ola da bilməz. Çünki nitq vaxtı real həyat hadisəsi olmaqla obyektiv gerçəkliyə aiddir. Zaman formaları isə dilə məxsusdur, yəni subyektiv gerçəklik fenomenidir. Bir sistemə aid faktor digər sistemə məxsus meyar əsasında müəyyən edilə bilməz. Bu məntiqə ziddir.
Hər bir sistemə aid meyar onun öz daxilindədir - aksiomasına əsaslanmaqla sübut etmişdir ki, zaman formalarının müəyyən olunma meyarı dil sisteminin öz daxilindədir və dil struktur vahidi mahiyyəti daşıyır. Həmin dil struktur vahidləri, zaman formalarının müxtəlif fonlarda işlənməsinə də şərait yaradır. Bir qayda olaraq, bunlar indi (bu gün), əvvəl (dünən), sonra (sabah) kimi konkret zaman mənaları ifadə edən sözlər və ya adverbial feil formalarıdır.
Mayıl B. Əsgərov biheviorizm, neobiheviorizm, onların yeni qolları olan konneksionist və koqnitiv dilçilik, eləcə də nitq fəaliyyəti nəzəriyyəsini tənqidi şəkildə analiz edərək göstərmişdir ki, onlar təxminən eyni səviyyəli uğurlara və eyni tipli çatışmazlıqlara malikdir. Amerika, Avropa və, Rusiyada yaranan psixolinqvistik məktəb və istiqamətlərin qazandığı uğurlardan yaradıcı şəkildə istifadə etməklə tamamilə yeni bir nəzəriyyə irəli sürmüşdür. “Linqvo-psixoloji vəhdət nəzəriyyəsi” adlı bu nəzəriyyə ilə psixoloji dilçilik sahəsində yeni bir istiqamətin və ya məktəbin əsası qoyulmuşdur.
Məlum olduğu kimi, klassik psixolinqvistik məktəb və istiqamətlərin yeganə məqsədi nitqin necə yarandığını və mənimsənildiyini müəyyən etmək idi. Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin həmin nəzəriyyələrdən prinsipial fərqi o idi ki, bu nəzəriyyənin tətbiqi ilə sadəcə nitqin deyil, istənilən səviyyəli dil struktur vahidlərinin həm yaranma, həm də mənimsənilmə mexanizmini tədqiq və şərh etmək mümkündür. Bu nəzəriyyənin yaranması ilə bərabər dilçilik, psixologiya və fəlsəfə elmləri üçün tamamilə yeni olan anlayışlar və onları ifadə edən terminlər də yaradılmışdır ki, onlardan bəziləri bunlardır: gerçəklik elementi, intellekt obrazı, natamam intellekt kodu, tam intellekt kodu, genişlənmiş intellekt kodu, dil struktur vahidi, vizual dərketmə, vokal dərketmə, friktual dərketmə, tastual dərketmə, attaral dərketmə, sinktual dərketmə (düşünərək dərketmə).
Linqvo-psixoloji vəhdət nəzəriyyəsi bazasında dərketmə və təfəkkür prosesləri vahid dərketmə və təfəkkür aktı çərçivəsində cərəyan edən dörd ardıcıl faza (təmas, yadda saxlama, xatırlama, praktik istifadə) kimi izah və şərh edilir. Bu nəzəriyyə əsasında söz və formaların, eləcə də söyləmdən kiçik dil struktur vahidlərinin sinktual dərketmənin, yəni düşünərək dərketmənin birinci fazasında yarandığı elan və sübut edilir. Klassik psixolinqvistikanın onilliklər boyu izah edə bilmədiyi “qlobal problem”, yəni ünsiyyətə xidmət edən kommunikativ nitqin yaranma və mənimsənilmə mexanizmi bu nəzəriyyə bazasında çox asanlıqla şərh edilir və göstərilir ki, kommunikativ nitq istənilən dərketmə üsulunun dördüncü fazasında total modullaşma yolu ilə yarana bilər. Bədii və elmi yaradıcılığın nəticəsi mahiyyəti daşıyan intellektual nitq isə, sinktual dərketmənin birinci fazasında yaranır. Kombinal nitqin kommunikativ və intellektual nitq növlərinin birləşməsi nəticəsində yarandığı qeyd edilir. Linqvo-psixoloji vəhdət nəzəriyyəsi bazasında sübut edilir ki, bütün dil struktur vahidləri, o cümlədən, leksik və qrammatik formalar, nitqin bütün növləri vizual-vokal dərketmənin birinci fazasında dil struktur vahidlərinin birinci sıra gerçəklik elementlərinə transformasiyası yolu ilə mənimsənilir. Linqvo-psixoloji vəhdət nəzəriyyəsi həm psixologiya, həm fəlsəfə, həm də dilçilik elmlərinə tətbiq edilmə potensialına malikdir.
Mayıl B. Əsgərovun rəhbərlik etdiyi “Salam, Azərbaycan!” layihəsinin nəzəri bazasını linqvo-psixoloji vəhdət nəzəriyyəsi təşkil edir. Bu nəzəriyyənin tətbiqi ilə Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün dərs vəsaitləri hazırlanır. Bu dərs vəsaitləri həm klassik kitab formasına, həm də müasir elektron interaktiv formata malikdir.
Bu layihənin A və B səviyyələri üzrə Mayıl B. Əsgərov tərəfindən 8 kitab hazırlanmışdır. Onlardan 2 tematik lüğət digər həmmüəlliflərlə birlikdə hazırlanmışdır. İngilisdilli əcnəbilər üçün hazırlanan kitablar Mələk Əliyeva, rusdilli əcnəbilər üçün hazırlanan kitablar isə f.ü.f.d, dos. Gülrux Həsənova tərəfindən bu dillərə tərcümə edilmişdir. Həmin kitablar 2020-ci ilin əvvəlində nəşr olunmuş və elmi ictimaiyyətə təqdim edilmişdir (http://elmtv.az/az/news/3364/).
Layihənin elektron versiyası 2020-ci ilin may ayından etibarən “Salam Azerbaijan” adlı YouTube kanalında yayımlanmağa başlamışdır. Video dərslər rus dilində f.ü.f.d, dos. Gülrux Həsənova, ingilis dilində elmi işçi Sevinc İsmayılova tərəfindən səsləndirilir.
“Salam Azerbaijan” YouTube kanalının ünvanı (linki) belədir:

https://www.youtube.com/channel/UCDMKZKw7ycbTDwraEbHC8Qw?view_as=subscriber

Pedaqoji və tərcümə fəaliyyəti

Mayıl B. Əsgərov pedaqoji fəaliyyətə 1996-2006-cı illərdə “Fortuna Lux” tərcümə və dil öyrənmə mərkəzində “Azərbaycan dili” və “Türk dili” fənlərini rus dilinin daşıyıcısı olan əcnəbilərə tədris etməklə başlamışdır. 2006-cı ildən bu günə qədər Bakı Avrasiya Universitetində müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır. Hal-hazırda Bakı Avrasiya Universitetinin Ümumi filologiya kafedrasının professorudur və 9 dərs vəsaitinin və 20-dən artıq fənn proqramının müəllifidir.
8 magistrantın, 11 fəlsəfə doktorunun elmi rəhbəri və 3 elmlər doktorunun elmi məsləhətçisidir.
Türk dilindən 2, rus dilindən 7 kitab olmaqla 9 kitabı Azərbaycan dilinə tərcümə etmişdir.

Elmi monoqrafiyaları

1. Linqvo-psixoloji vəhdət nəzəriyyəsi. Bakı, “Elm və Təhsil”, 2015, 192 s.
2. Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, (Mirzəliyeva M. və başqaları ilə birlikdə) Bakı, “Nurlan”, 2013, 468 s.
3. Linqvopsixologiya və ya dilin psixologiyası. Bakı, “Elm və Təhsil”, 2011, 308 s.
4. Türk dillərində zaman formaları, adverbial fel formaları və onlar arasında funksional-semantik əlaqələr. Bakı, «Elm və təhsil», 2003. Əlavə və düzəlişlər edilmiş ikinci nəşr, 180 s.
5. Zaman formaları, adverbial fel formaları və onlar arasında funksional-semantik əlaqələr. Bakı, ‘Nurlan’, 2002, 146 s.

Xaricdə nəşr olunmuş məqalələrindən bəzi nümunələr

1. Латинский алфавит как средство интеграции в мировую культуру: опыт Азербайджана по внедрению латинской графики. 23-24 may 2019-cu ildə Qazaxstan Təhsil problemləri Akademiyası tərəfindən təşkil edilmiş “Непрерывное образование в интересах устойчивого развития: новые вызовы” adlı beynəlxalq konfrans. Nursultan 2019, s. 3-7
2. Механизм образования и восприятия языковых единиц. 21-22 may 2019-cu ildə Qazaxstan Təhsil problemləri Akademiyası tərəfindən təşkil olunan “Инновации в образовании: теория и практика” adlı beynəlxalq təlim seminarı. Nursultan 2019, s. 4-11
3. Türk dünyasında dil siyasəti və latın əlifbası. Qazax Dövlət Qızlar Pedaqoji Universitetində keçirilən V Beynəlxalq Türk Dünyası araşdırmaları Simpozyumu. 11-13 oktyabr. Almatı. 2018, s. 89-95
4. Латинский алфавит. Шаг к сближению. http://apgazeta.kz/2018/09/26/latinskij-alfavit-shag-k-sblizheniyu/, s.1-6
5. Латинский алфавит современных тюркских языков. Вестник Атырауского государственного университета им. Х.Досмухамедова 2(49), Атырау, изд. АГУ им. Х.Досмухамедова, 2018, с. 123-129. Соавтор Г.С.Гасанова
6. Новый взгляд на основы психологии языка. Вестник Тверского государственного университета. Серия «Филология», Bыпуск 4, № 24, Тверь, 2012, с. 5-11 http://university.tversu.ru/vestnik/philology/content.html?id=19943725_2012_-_4_unicode.xml.
7. Взаимоотношения минимальных единиц мышления и языка в процессе образования и восприятия речи. Филологические науки: вопросы теории и практики. № 7 (18), часть 2, Тамбов, 2012, с.25-29. https://www.gramota.net/materials/2/2012/7-2/5.html
8. Dilin Yapı Birimlerinin Oluşma ve Algilanmasinin Şematik Modeli. Gazi Türkiyat. Türklük Bilimi Araçtırmaları dergisi / Journal of Turkologi Research. Gazi Üniversitesi İletişim Fakültesi Basımevi, 5 Sayı, 8 Bahar, Ankara 2011, s. 209-216
9. El İşlerinin Pazarlanmasının Başta Gelen Problemleri ve Onların Çözüm Yolları Lengüistik ve Psikolojik Yöntemler Işığında. Uluslar arası “Türk ve Dünya Kültüründe Şanlıurfa” Sempozyumu, Şanlıurfa, Kurtuluş matbbası, 2011, s. 49-55
10. Türkçenin Ruslara ve Rus dili üzerinden diğer Slavyan halklarına öğretilmesinin bazı lengüistik ve psikolojik yönleri üzerine. 16-18 Aralık 2010 tarihleri arasında gerçekleştirilen III Uluslararası “Dünya Dili Türkçe” Sempozyu Bildiri Kitabı, İzmir, Kanyılmaz matbaası, 2011, s.103-109
11. Sözün Oluşma ve Algılanmasının Şematik Modeli. Zeitschrift für die Welt der Türken Journal of World of Turks/ Vol. 3, No. 3. Berlin, 2011, s. 75-80 http://www.dieweltdertuerken.org/index.php/ZfWT/article/view/197/askerov
12. Востребованность лингвопсихологии или другой течении в психолингвистике. Научно-практическая конференция, посвященная 19-летию Комратского государственного университета. Наука, культура, образование 11 февраля 2010 г., Комрат- 2010, с. 123-129
13. О моделировании механизма порождения и восприятия речи. Актуальные проблемы гуманитарных и естественных наук. Институт Стратегических Исследо-ваний. № 7, Москва, издательство «Литера», 2010, с.164-168.
14. Разграничение модуляции и мышления. «Культура народов причерноморья» İSSN 1562-0808, Таврический Национальный Университет им. В.И.Вернадского, Межвузовский центр «Крым», № 182, 2010, s.112-115.
http://dspace.nbuv.gov.ua/bitstream/handle/123456789/113151/36-Maiyl.pdf?sequence=1
15. Psikolengüistik araştırmalarda gerçeklik, tefekkür ve dil ilişkileri. İCANAS 38, Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumunca düzenlenen Uluslararası Asya ve Kuzey Afrika Çalışmaları Kongresinin bildiri özetleri kitabı, Ankara, 2007, s. 6-7
16. Семантическая классификация деепричастных форм азербайджанского глагола. Тезисы первой конференции по теоретической лингвистике. Москва, Печатно множительная лаборатория Российского гос. гуманит. университета, 1993, s.10-11
17. Место сложных форм в общей системе временных форм турецкого глагола. Тюркология. Баку, 1992. №2, s. 77-81
18. Системность временных форм глагола (на материале турецкого глагола). Проблемы духовной культуры тюркских народов СССР. Уфа, «БНЦ УрО АН ССР»,1991. s. 109-111

Azərbaycanda nəşr olunmuş məqalələrindən bəzi nümunələr

1. Xəbərliyin semantik, morfoloji və sintaktik potensialı. AMEA Dilçilik İnstitutu “Dilçilik araşdırmaları” N 2, Bakı, «Elm», 2019, s. 80-87. Həmmüəllif: Turanə G. Məmmədova
2. Diskurs, nitq və mətnin linqvo-psixoloji mahiyyəti və qarşılıqlı transformasiya potensialı. AMEA Dilçilik İnstitutunun əsərləri, N 1, “Elm və Təhsil”, Bakı, 2018, s. 259-266
3. Azərbaycanın milli siyasəti və folklor. Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunan Folklor milli kimlik kontekstində adlı beynəlxalq elmi konfransın materialları, İsmayıllı, Lahic, 2018, s.186-189
4. Azərbaycan Dövləti tərəfindən tətbiq edilən dil siyasəti (İsmayıllı, Qəbələ və Oğuz rayonlarında icra vəziyyəti). “Terminologiya məsələləri” toplusu. Bakı, “Elm və təhsil”, 2017, N 2, s. 33-47. Həmmüəlliflər G.Hüseynova, G.Həsənova
5. Demokratik dil siyasəti modelinin prioritet istiqamətləri. “Dilçilik İnstitutunun əsərləri” toplusunun Roza Eyvazovanin 80 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı. Bakı, “Elm və təhsil”, 2017, N 2, s. 57-70
6. Dil siyasətinin nəzəri əsasları. АMEA-nın Xəbərləri, Humanitar elmlər seriyası N 1, Bakı, “Elm”, 2017, s. 179-187
7. Tolerant Türk Birliyinin yaradılması tarixi zəruriyyətdir. “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfransın materialları (I hissə). Bakı, “Elm və Təhsil”, 2016, s. 38-41
8. “Теория лингво-психологического единства” – мультикультуральная теория, с потенциалом применения ко всем языкам мира. “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” adlı, 8-9 sentyabr 2016 tarixli beynəlxalq konfransın materialları: Bakı, 2016, s. 24-34
9. Sözün fəlsəfi-məntiqi və linqvo-psixoloji mahiyyəti. “Sivilizasiya” jurnalı, № 3/27, Bakı, BAAU nəşriyyatı, 2016, s. 8-14
10. Sərbəst və normalaşdırılmış nitqin linqvo-psixoloji fərqləri. АMEA-nın Xəbərləri, Humanitar elmlər seriyası N 1, Bakı, “Elm” 2016, s. 244-251
11. Psixolinqvistik konneksiya nəzəriyyəsi. «Terminologiya məsələləri», AMEA Terminologiya komissiyası, Bakı, «Elm» 2013, N 2, s. 55-63
12. Psixolinqvistika ilə bağlı yeni nəzəriyyə. “Tükologiya”, Bakı, “Elm və təhsil”, 2013, № 2, s. 4-15
13. Sözün yaranması və mənimsənilməsi prosesi dil və dərketmənin minimal vahidlərinin modulyatoru kimi. Dilçilik İnstitutunun əsərləri. N 2, Bakı, “Elm və təhsil”, 2012, s. 134-141
14. Linqvopsixologiyanin vahidləri və nəzəri əsasları. «Filologiya məsələləri». АМЕА M.Füzuli adına Əlyazmaları İnstitutu. Bakı, «Elm və Təhsil», 2011, N 1, s. 145-153.
15. Qrammatik formaların linqvopsixoloji mahiyyəti haqqında. “Tükologiya”, № 1-2, Bakı, 2010, s.64-71.
16. Söz formalarının yaranmasının və mənimsənilməsinin modelləşdirilməsi. «Terminologiya məsələləri», AMEA Terminologiya komissiyası, Bakı, «Elm» 2010, s.78-84.
17. Leksik-qrammatik formaların linqvopsixoloji təhlili. «Filologiya məsələləri». АМЕА M.Füzuli adına Əlyazmaları İnstitutu. «Elm və Təhsil», Bakı, 2010, N 1, s.40-52.
18. Leksik formaların linqvopsixoloji təhlili. «Tədqiqlər». АМЕА Dilçilik İnstitutu. Bakı, «Elm», 2009, N 4, s. 13-22
19. Sözlərin və formaların əmələ gəlməsi. «Tədqiqlər». АМЕА Dilçilik İnstitutu. Bakı, «Elm», 2009, N 3, s. 61-68
20. Dərketmə və modulyasiya. «Dilçilik İnstitutunun əsərləri». АМЕА Dilçilik İnstitutu. Bakı, «Elm», 2009, N 1, s.219-228
21. Təfəkkür prosesləri baxımından dilin yaranması. «Tədqiqlər». АМЕА Dilçilik İnstitutu. Bakı, «Elm», 2007, N 2, s. 74-89
22. Dərketmə və təfəkkürün vahidləri. Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Xəbərlər»i, Humanitar elmləri seriyası, Bakı, № 4, 2006, s. 115-119
23. Dil və dərketmədə qarşılıqlı əksolunmalar. “Elmi axtarışlar”, AMEA Folklor İnstutunun elmi toplusu, XXV buraxılış, Bakı, «Səda» 2006, s. 111-115
24. Sinktual dərketmədə dilin iştirakı. «Terminologiya məsələləri», AMEA Terminologiya komissiyası, Bakı, «Elm» 2006, с. 39-43
25. Dərketmənin mexanizmi. «Tədqiqlər». АМЕА Dilçilik İnstitutu. Bakı, «Elm», 2006, N 4, s. 44-59
26. Psixolinqvistik behaviorizm. АMEA-nın Xəbərləri, Humanitar elmlər seriyası N 2-4, Bakı “Elm” 2006, s. 221-233
27. A.A.Leontyevin Nitq fəaliyyəti nəzəriyyəsi. «Dilçilik məsələləri». АМЕА Dilçilk İnstitutu. Bakı, «Elm», 2005, N 3(4), s. 47-55
28. N.Xomskinin transformativ psixolinqvistikası. «Dilçilik məsələləri». АМЕА Dilçilk İnstitutu. Bakı, «Elm», 2005, N 2(3), s. 86-92
29. İnanc, alqış və qarğışların linqvopsixoloji kökləri. «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» III uluslararası folklor konfransının materiallları. Bakı, “Səda” 2005, s.251-255
30. L.S.Vıqotskınin dıl nəzərıyyəsı ılə bağlı psıxolojı görüşləri (linqvopsixoloji problemlər seriyasindan). «Tədqiqlər». АМЕА Dilçilik İnstitutu. Bakı, «Elm», 2005, N 1, s. 19-28
31. Dilin psixolinqvistik mahiyyəti. «Tədqiqlər». АМЕА Dilçilik İnstitutu. Bakı, «Elm», 2004, № 2, s. 60-64
32. Ümumi dərketmə prosesində sinktual dərketmənin rolu (psixolinqvistik araşdırma). «Tədqiqlər». АМЕА Dilçilik İnstitutu. Bakı, «Elm», 2004, № 1, s. 16-19.
33. Adlarda İkinci Reprezentasyon Kategorisi. “Dünyada yeni inkişaf meylləri istiqamətində Türk dünyası, Azərbaycan və Türkiyə” beynəlxalq elmi simpoziumun materialları, Azərbaycan Dövlət İqtisad Universiteti, Türk Dünyası, Araşdırmaları Vəqfi, Türk Dünyası İşlətmə Fakültəsi, Bakı, 2004, s. 186
34. Klassik nağıl süjetlərində zaman formaları ilə yaranan psixolinqvistik keçidlər. «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» II Uluslararası Folklor Konfransının materialları. Bakı, 17-21 mart 2004, s. 259-263
35. Dilimizin və dilçiliyimizin perspektivləri ilə bağlı düşüncələr. «Türk dilləri şöbəsi - 30». Bakı, «Elm», 2003, s. 42-45
36. Gerçəklik elementinin intellekt obrazları. «Tədqiqlər». АМЕА Dilçilik İnstitutu. Bakı, «Elm», 2003, № 4. s. 39-43
37. Dərketmə və onun fazaları. «Tədqiqlər». АМЕА Dilçilik İnstitutu. Bakı, «Elm», 2003, № 4, s. 37-39
38. Dilin qloballaşması. «Tədqiqlər». АМЕА Dilçilik İnstitutu. Bakı, «Elm», 2003, № 2, s.23-27.
39. Türk və Azərbaycan dillərində zaman formalarının müəyyən olunması meyarı. “Elmi axtarışlar”. AMEA Ədəbiyyat İnstitutu. 3-cü toplu. Filologiya, tarix, incəsənət. Bakı, “Nurlan”, 2001, s. 172-176
40. Substantiv-adyektiv-adverbial fel formaları fellərdə ikinci təqdimat katerqoriyasının tərkib hissəsi kimi (Türk və Azərbaycan dilləri materialları əsasında). “Tədqiqlər”. AMEA Dilçilik institutu. Bakı, “Elm”, 2000, №3, с. 42-59

Hazırladığı dərs vəsaitlərindən bəzi nümunələr

1. Salam, Azərbaycan!”. B-1 və B-2 – Aşağı orta və orta səviyyələr (oxu mətnləri, çalışmalar, tematik lüğət). Dərs vəsaiti. “Bakı “Elm” nəşriyyatı, 142 s.
2. “Salam, Azərbaycan!”. A-1 və A-2 – Başlanğıc və Elementar səviyyələr (oxu mətnləri, çalışmalar, tematik lüğət). Dərs vəsaiti. Bakı “Elm” nəşriyyatı, 154 s.
3. “Salam, Azerbaijan!” A-1 and A-2 – Beginning and Elementary levels (grammatical rules, exercises, thematic vocabulares). Dərs vəsaiti. Baku, “Elm” , 176 p.
4. “Salam, Azerbaijan!” B-1 and B-2 – Pre-intermediate and intermediate levels (grammatical rules, exercises, thematic vocabulares). Dərs vəsaiti. Baku, “Elm”, 172 p.
5. “Salam, Azerbaijan!” Azerbaijani-English, English-Azerbaijani thematic vocabulary (levels A-B). Dərs vəsaiti. Baku, Publishing House “Elm”, 194 p. (həmmüəlliflər: Malak A. Aliyeva, Sevinj S. Ismayilova)
6. «Салам, Азербайджан!» Азербайджанско-русский, русско-азербайджанский тематический словарь (уровни А-В). Dərs vəsaiti. Баку: издательство «Элм», 212 стр (həmmüəlliflər: Г.С.Гасанова, Ш.Атакишиева)
7. “Салам, Азербайджан!” B-1 и B-2 – Начально-средний и средний уровни (грамматические правила, упражнения, тематический словар). Dərs vəsaiti. Баку, издательство “Элм”, 180 с.
8. “Салам, Азербайджан!” А-1 и A-2 – Начальный и Элементарный уровни (грамматические правила, упражнения, тематический словар). Dərs vəsaiti. Баку, издательство “Элм”, 188 с.
9. Türkçe oku metinleri. Dərs vəsaiti. Bakı, “Elm və Təhsil”, 2014, 252 s.
10. “Dil siyasətinin nəzəri əsasları” fənninin proqramı. Proqram Bakı Avrasiya Universitetinin Metodiki Şurasının 05.07.2018 tarixli, 12 saylı qərarı ilə nəşr olunmuşdur. Bakı, Vətən, 2018. 36 s.
11. “Sosial və psixoloji dilçiliyin aktual problemləri”. Ali təhsilin magistratura səviyyəsi, filologiya (dilşünaslıq) ixtisası üzrə təhsil alanlar üçün – Bakı, Vətən, 2018. 50 s.
12. “Dilçiliyin nəzəri problemləri”. Ali təhsilin magistratura səviyyəsi, filologiya (dilşünaslıq) ixtisası üzrə təhsil alanlar üçün – B.: Bakı Avrasiya Universiteti, Bakı, 2016. 24 s.
13. “Ümumi dilçilik” fənninin proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2016 tarixli, 751 saylı qrifi ilə nəşr olunmuşdur. Bakı, 2016. 32 s.
14. “Kommunikativ dil təliminin xüsusiyyətləri” fənninin proqramı Bakı Avrasiya Universitetinin Elmi Şurasının 16.11.2016 tarixli, 751 saylı qərarı ilə nəşr olunmuşdur. Bakı, 2016. 24 s.
15. “Psixolinqvistika” fənninin proqramı. Proqram Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.05.2011 tarixli 843 N-li əmri ilə fənn proqramı kimi təsdiq edilmişdir. Bakı Avrasiya Universitet, 2012, 15 s.
16. “Türk dilçiliyinin əsasları” fənninin proqramı. Proqram Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.05.2011 tarixli 843 N-li əmri ilə fənn proqramı kimi təsdiq edilmişdir. Bakı Avrasiya Universitet, 2012, 16 s.
17. “Türk dil qrupunun inkişaf tarixi” fənninin proqramı. Proqram Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.05.2011 tarixli 843 N-li əmri ilə fənn proqramı kimi təsdiq edilmişdir. Bakı Avrasiya Universitet, 2012, 23 s.
18. “İxtisas (Türk və Azərbaycan) dillərinin müqayisəli təhlili: Fonetika və morfologiya” fənninin proqramı. Proqram Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.05.2011 tarixli 843 N-li əmri ilə fənn proqramı kimi təsdiq edilmişdir. Bakı Avrasiya Universitet, 2012, 61 s.

Tərcümə etdiyi kitablardan bəzi nümunələr

1. Serafim Sarovskinin həyatı. Rus dilindən tərcümə. Sankt-Peterburq, 2017, 412 s.
2. Nikon Rojdestvenskiy “Serqi atanın həyatı və fədakarlıqları”. Rus dilindən tərcümə. Sankt-Peterburq, 2017, 320 s.
3. İ.A.Qluxov “Pravoslav Katexizisi”. Rus dilindən tərcümə. Sankt-Peterburq, 2013, 495 s.
4. Arximandrit Venedikt (Knyazev) “Bibliya tarixi”. Rus dilindən tərcümə. Sankt-Peterburq, 2012, 784 s.
5. Tahsin Parlak “Aralın sirləri: Tufandan Turan dənizinə, Turan dənizindən bu günə”. Türk dilindən tərcümə (J. Əzizova ilə birlikdə). Bakı, 2005 , 164 s.

 

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.