MƏHƏMMƏD FÜZULİ – 530

Şrifti böyüt:
Çap et

2024-cü il may ayında AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunda Respublika konfransı keçiriləcək. Mövzu üzrə məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

MƏQALƏ MÜƏLLİFLƏRİNİN NƏZƏRİNƏ:

- Mətnin həcmi 5 səhifə, A4 formatda, 12 ölçüdə, Times New Roman şrifti ilə;
- Məqalə A4 formatda, hər tərəfdən 2 sm., 1 interval ölçü ilə;
- 3 dildə (Azərbaycan, rus və ingilis) xülasə;
- Ədəbiyyat siyahısı əlifba üzrə;
- İstinadlar kvadrat mötərizədə, sıra nömrəsi və səhifə [7, 21] göstərilərək yazılmalıdır.
Konfransda iştirak etmək üçün məqalələr 1 may 2024-cü il tarixinədək
fuzuli.konfrans@mail.ru
elektron ünvanına göndərilməlidir.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir.

Hörmətlə: Təşkilat Komitəsi